Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı 11 qəsəbəyə ilk dəfə təbii qaz verilib.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) məlumat yayıb.

Bu qəsəbələrdə qaz olmadığından evlər ancaq elektrik sobaları ilə qızdırılırdı.

Ötən ilin dekabrın 22-də həmin qəsəbələrdə məskunlaşan məcburi köçkünlər elektrik enerjisinin kəsilməsinə görə etiraz aksiyası keçirmişdilər. Onlar deyirdilər ki, qəsəbədə qaz olmadığından elektrik enerjisinin kəsilməsi də acınacaqlı durum yaradır.

Aksiyadan sonra elektrik enerjisinin verilməsində yaranan fasilələr aradan qaldırılmışdı. Ancaq bunun ardınca – dekabrın 23-də etirazlarda iştirak edənlərdən Cəlal Quliyev, Zaur Feyruzlu, Gülağa Alməmmədov saxlanmışdı. Onlara hakimiyyət nümayəndəsinə müqavimət göstərməyə, iğtişaşlar törətməyə, başqasının əmlakına qəsdən ziyan vurmağa görə ittiham irəli sürülüb.

Dekabrın 24-də isə digər qəsəbə sakinləri Ülvi Quliyev və İlkin İsgəndərov eyni ittihamla həbs edilib. Saxlanan şəxslər barəsində məhkəməyə qədər həbs qərarı verilib. (azadliq.org)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300