Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təbliğat kampaniyası başlayan kimi çox keçmədən silahlar işə düşüb.

 

Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, martın 12-də Armavir vilayətinin Cararat kəndində keçmiş müdafiə naziri Seyran Ohanyanın, keçmiş xarici işlər naziri Vardan Oskanyanın və "İrs” partiyasının lideri Raffi Ovanisyanın daxil olduğu "üç O...” blokunun (ifadə virtualaz.org-a məxsusdur, blokun adı "Ohanyan-Raffi-Oskanyan”dır) seçicilərlə görüşü zamanı atışma baş verib.

 

Məlumata görə blokun seçicilərlə görüşü zamanı kənd administrasiyasının rəhbəri, Ermənistanın polis rəisinin qohumu, hakim Respublika partiyasının üzvü Samvel Qalstayn Ohanyanın tərəfdarlarını hədələməyə başlayıb və onun tərəfdarlarından biri tapançanı çıxararaq Ohanyanın adamlarına tərəf atəş açıb. Buna cavab olaraq Ohanyanın adamları da havaya atəş açıblar və Qalstyanı zərərsizləşdiriblər. Dava düşüb və hər iki tərəfdən xəsarət alanlar var.

 

Ermənistan İstintaq Komitəsi bildirir ki, martın 12-də axşam saat 18.00 radələrində Crarat kəndində baş vermiş insident zamanı Lernik Yeranosyan və Mikael Baboyan adlı şəxslər ağır bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı beş nəfər saxlanılıb. Saxlanılanlar ifadə verməkdən imtina edir. Nə baş verdiyi haqda ancaq Yeranosyan danışıb.

 

Xəbərlərə görə saxlanılanlar Ohanyanın blokunun tərəfdarlarıdır. Keçmiş müdafiə naziri özü insidentə münasibət bildirərkən deyib ki, kənd administrasiyasının rəhbəri seçiciləri onların görüşünə buraxmaq istəməyib və hədələyib. Bu zaman onun tərəfdarları ilə hakim partiyanın adamları arasında dava düşüb. Ohanyanın bildirdiyinə görə dava zamanı Qalstyanın adamlarından biri silah işlədib.

 

 

Levan Yeranosyan

 

"Lakin mənim tərəfdarlarımın peşəkarlığı sayəsində onu tərksilah etmək mümkün olub, silah polisə təhvil verilib”-Ohanyan deyib. Keçmş müdafiə naziri bildirib ki, hakimiyyət bu insidentə görə ancaq bir tərəfi yox, bütün iştirakçıları həbs etməliydi. Ohanyan kənddə atışmanın olduğunu təsdiqləsə də bütün qalan sualları hüquq-mühafizə orqanlarına ünvanlamağı məsləhət görüb.

 

Davada iştirak edənlərdən və Ohanyanın adamları tərfindən döyülənlərdən biri Lernik Yeranosyan Ermənistan polis rəisinin müavini Levan Yeranosyanın qardaşıdır, o, ağır kəllə-beyin travması alıb.

 

Bütün bunlar Ermənistanı növbəti "qanlı 2 aprel”in gözlədiyindən xəbər verə bilər. Bundan əvvəl də seçki tədbirləri zamanı hakim partiyanın tərəfdarları ilə müxalifətçilər arasında bir neçə silahlı insident baş vermişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300