FHN şefinin həyata keçirdiyi
və ya rəhbərlik bir sıra iqtisadi və siyasi layihələr demək olar ki,
dayandırılıb; Onun bütün sahələrdə təftiş olunması, yoxlanılmasına başlanılıb
Nəqliyyat naziri Ziya Məmmədovdan
sonra hədəfə fövqəladə hallar naziri Kəmaləddin Heydərov gələcək. Bu haqda
cumhuriyyet.az-a daxil xəbərdə Ziya Məmmədovla bağlı başlayan prosesin əslində
hakimiyyətdəki "oliqarx ovu” planının tərkib hissəsi olduğu qeyd olunur. Mənbə
bildirib ki, Kəmaləddin Heydərov daxil olmaqla "Naxçıvan klanı”- nın təzyiqlərini
yaxın bir neçə ayda tam zərəsizləşdirmək qərara alınıb. Təbii ki, bu klanın
başında dayananların biri FHN rəhbəri, özünə xeyli siyasi və iqtisadikapital
yığmış Kəmaləddin Heydərovdur.
Hakimiyət daxilindən verilən özəl məlumatlara görə, Kəmaləddin Heydərovun baş
nazir, daha sonra isə vitse-prezident olmaq iddiası və son zamanalr bu
iddiaları ilə bərabər təsir imkanlarının, iqtisadi və siyasi gücünün artması
"fövqəlnazir”- i zərəsizləşdirmək düşüncələrini qətiləşdirib. Xatırladaq ki,
öncəki illərdə də onun haqqında analoji qərarlar verilmişdi. Lakin onun tam
iddialarını biruzə verməməsi, hələ kifayət qədər "şişməməsi” və hakimiyyət üçün
lazımlı fiqur olması bu qərardan sonda geri çəkilməklə nəticələnmişdi. Bütün
bunlarla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, artıq
FHN şefinin həyata keçirdiyi və ya rəhbərlik bir sıra iqtisadi və siyasi layihələr
demək olar ki, dayandırılıb. Artıq onun bütün sahələrdə təftiş olunması,
yoxlanılmasına başlanılıb. Eyni zamanda etibar edilən və böyük vəsaitlər
ayrılan bir sıra sahələrdə fövqəlnazir ona bəslənən ümidləri doğrultmayıb. Vəsaitlər
mənimsənilib, hökümətin və ölkənin yerli və beynəlxalq ictimaiyyəti tərəfindən
"qara siyahı”- ya düşüb. Kəmaləddin Heydərov ölkədə bir çox sahələr faktiki
olaraq monopoliyaya və nəzarətə alıb. Ölkəyə idxal olunan və ölkədənixrac
olunan bir çox mallara FHN şefi birbaşa əl qoyub. Dövlət Gömrük Komitəsi də
onun nəzarəti altındadır. Yəni o istənilən vaxt ölkədə iqtisadi gərginlik, süni
bahalıq və ya infliyasiya yaratmağa təsir edə bilər. Bir çox iqtisadi vasitələr
onun əlində cəmləşib. K. Heydərov həm də bu baxımdan da hakimiyyət üçün təhlükəlidir.
2013- cü il prezident seçkilərinə qədər olan mühüm hissə və seçkinin əhəmiyyətli
bir hissəsi K. Heydərova tapşırılmışdı. Ona hakimiyyətə loyal, üzü yola müxalifət
formalaşdırmaq tapşırılsa da o bu vəzifənin öhdəsindən gələ bilmədi. Onun
yaratdığı və seçkilərə qoşduğu qondarma "Naxçıvan klanı”-nın müxalif namizədləri
yerli və beynəlxalq ictimaiyyətin gözündə İlham Əliyevə qarşı əks effekt
yaratdılar. Naxçıvanlıların təbrincə desək "donqili müaxlifətçilik”- dən o yana
gedə bilmədilər.
Media sahəsində son 10 ildə nə qədər elektron və çap məhsulları mediası yaratsa
da, müxtəlif holdinqlər qursa da bu sahədə də başarılı ola bilmədi. Müxalifət
mediasına uduzur. Onun nəzarətində olan media qurumlarının texniki resurlsları,
işçi heyəti, maaşları yüksək olsa da tirajı və izlənmə sayı azdır. Bəsit və məddah
məlumatlar, verilişlər oxucu tərəfindən qəbul edilmir. Çoxlu saylı çap vəelektron
media quruluşları etimadı və onlara qoyulan investisiyaları doğrultmadı. Digər
tərəfdən sosial şəbəkələr və internet üçün hakimiyyətin ayırdığı milyonlar da
onu bu sahədə müxalifətə uduzdurur.
Bir neçə il bundan öncə ABŞ- ın Azərbaycandakı səfirliyinə istinadən WikiLeaks
saytı da Kəmaləddin Heydərov haqqında maraqlı məxfi dosye açıqlamışdı.
Maraqlıdır ki, həmin dosyedəki məlumatların böyük əksəriyyəti reallığı əks
etdirir, bu gün daha doğru və dolğun görünür. "WikiLeaks saytında yazılanlara nəzər
yetirək; "Yerli biznesmenlərlə söhbətlərdə ancaq bir ad eşitmək mümkündür – Kəmaləddin.
Onu faktiki olaraq ölkənin ən qüdrətli adamı hesab edirlər”, "Onun şəxsi
işgüzar çevrəsi də səlahiyyətləri kimi genişdir. Heydərovnəhəng "ATA Holdinq”
konqlomeratını idarəedir, o həmçinin "Caspian Fish Company”insahibidir. Gömrükdə
ki rıçaqları vasitəsilə Heydərovun alkoqollu içkiləri stehsalı və idxalında da
güclü maraqları var, habelə Bakıda kıiri tütün fabriki də onun himayəsindədir.
Heydərov "Gilan” holdinqinin də sahibidir. 2006-cı ildə Heydərov Azərbaycanda
narşirəsi bazarını da inhisara alıb. Bir sözlə "siyasi nöqteyi-nəzərdən Heydərovun
imkanları onun nazir vəzifəsindən xeyli uzağa gedir”, "Bir çox müşahidəçilərə
görə, o, daha çox hakimiyyət əldə edə bilər. Heydərovun adı tez-tez baş nazir
postuna iddialılar arasında da çəkilir”, "Bir çoxları hesab edir ki, FHN-in əlində
hərbi qüvvələr olduğuna görə Heydərov güc yolu ilə hakimiyyəti ələ almağa cəhd
edə bilər”. Göründüyü kimi onun haqında yazılanlar hazırda yazıda bəhs
etdiyimiz məqamlarla tamamilə üst- üstə düşür.
Göründüyü kimi Kəmaləddin Heydərov böyük imtiyazların, səlahiyyətlərin və iri
kapitalın fonunda ona verilən şansları və imkanları laımınca dəyərləndirə bilməyib.
Daha çox öz şəxsi hakimiyyətini möhkəmlətmək və imperiyasını qurmaq üçün
çalışıb. Yerli və beynəlxalq ictimaiyyətin gözündə monopolist, kariyerist,
korrupsioner məmur obrazı yaradıb ki, bunun da zərbəsi mövcud hakimiyyətə dəyib.
Bütün bunları da nəzərə alan hakim komandada yerini möhkəmlətmiş Yeni Qvardiya
K. Heydərovun iqtisadi- siyasi gücü ilə bərabər iddialarının artması fonunda
onu tam zərərsizləşdirmək kursu götürüb.
Elçin Əmirov, Cumhuriyyet.az
Ulu Yol Xəbər portalı » Sosial » “Fövqəlçöküş” – Kəmaləddin Heydərovun da “qələmi qırılır”
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/