Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
strukturuna daxil olan Dövlət Baytarlıq Nəzarəti Xidmətinin korrupsiya bulaşmış
fəaliyyətindən bəhs edən yazılar demək olar ki, sosial şəbəklərdən gündəmdən
düşmürki düşmür. Bu dəfə də, cumhuriyyet.az-a adıçəkilən qurum haqqında yeni
neqativ faktlar daxil olub. Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər
Süleymanovun rəhbərliyi altında baş verən qanunsuzluqlar haqda məlumatlarımız
bir neçə istiqaməti əhatə edir.
Baytarlıq idarəsində "idxal-ixrac korrupsiyası”
Russiya və Ukraynadan heyvan mənşəli məhsullarına ölkəmizə idxal icazəsini vermək
üçün Azərbaycanın baytarlıq mütəxəssisləri adıçəkilən ölkələrə gözdənpərdə
asmaq üçün monitorinqə göndərilir. Bu proses haqda məlumatlı mənbənin
cumhuriyyet.az-a bildirdiyinə görə, formal monitorinqdən sonra həmin ölkələrin
iş adamları Azərbaycana gələrək şəxsən Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis
əvəzi Azər Süleymanova məhsullarının Azərbaycana ixrac edilməsinə razılıq verməsi
üçün baytarlıq idarəsinə rüşvət veririb gedirlər. Bununla bağlı cumhuriyyet.az
olaraq media üzərindən apardığımız araşdırmalarda müəyyən rəqəmlərə də rast gəldik:
" Dövlət Baytarlıq Xidmətinə ölkəyə idxal edilən yüklərə baytarlıq icazəsinin
alınması üçün müraciət edən sahibkarlardan ölkəyə idxal edilən damazlıq toyuq
yumurtasının birinə 1 sent, (ildə 100 minlərlə yumurta idxal olunur) bir günlük
cücənin birinə 1 sent, habelə xaricdən gətirilən bir baş iribuynuzlu heyvana 40
man, qoyun-keçiyə 15 manat, 100 tonlarla ət, yağ, süd və süd məhsulları, quru
süd, balıq və digər heyvandarlıq məhsullarının özlərinin təyin etdilkləri
"PREYSKURANT QİYMƏTİ”nə uyğun hər bir maşınına 100-150 manat, Nazirlər
Kabinetinin təsdiq etdiyi siyahıdan başqa Dövlət Baytarlıq Nəzarəti Xidmətindən
icazə alması nəzərdə tutulmayan konservlədirilmiş, yəni termiki işləmədən
keçmiş heyvan mənşəli məhsullar-balıq konservi, mal əti konservi, quru süd,
dondurma, yoqurt,qatılaşdırılmış süd, mayonez, uşaq qidası, kərə və digər emal
edilmiş yağlar, kolbasa məmulatları, xromlanmış, yəni kimyəvi yolla işlənmiş dərinin
hər bir maşınına 100-150 manat, sahibkar ölkəyə müxtəlif baytarlıq preparatları
idxal edərkən hər bir adda olan preparatın birinə 1000 manat qeydiyyatından
başqa) rüşvət alınır.” Məlumata görə, Dövlət Baytarlıq Nəzarəti Xidmətindən
icazə alması nəzərdə tutulan məhsulların ixal-ixracı üçün oxuculara təqdim
etdiyimiz "QARA QİYMƏT CƏDVƏLI”nə uyğun yığılan rüşvətdən Dövlət Baytarlıq Nəzarəti
Xidmətinin müəyyən işçilərinə hər ay maaşından əlavə "PAKET” verilir.
SOS: Ölkəyə vərəmli ət gətirilir?
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin ölkəyə gətirilən ət və ət məhsulları ilə
bağlı yaratdığı rüşvət sistemi yalnız bir şəxsin capital toplanması ilə
yekunlaşmır. Bu prosesin ən böyük zərbəsi ölkənin ərzaq təhlükəsizliyi ilə bağlıdır.
Məhz bunun nəticəsidir ki, Azərbaycanın ət bazarında virus təhlükəsi yaşandığı
iddia olunur. Belə ki, cumhuriyyet.az olaraq media üzərindən apardığımız
araşdırmalarda rastlanan məlumatlarda xaricdən gətirilən heyvanların ət bazarı
üçün təhlükəli olduğu bildirilir. Bəzi mənbələrə əsasən sənədləri saxtalaşdırıb
ölkəmizə vərəm viruslu mal-qaralar gətirilir ki, bu virus insan orqanizminə həddindən
artıq təhlükə yaradır. Əsasən də, Gürcüstandan ölkəyə gətirilən heyvanlarda vərəm
virusunun aşkarlandığı ehtimal olunur. Gürcüstandan və digər ölkələrdən xəstə
heyvanların gətirilməsi mümkündür. Gürcüstanın Saqaredjo rayonunun baytarlıq
idarəsinin inspektoru Nono Buzariaşvilinin verdiyi məlumata görə, Respublika
Baytarlıq Laboratoriyasında fəaliyyət göstərən Bakteriologiya və
ekspress-diaqnostika şöbəsi tək burselyozu analiz edir. Tuberkulyoz virusu bizdə
analiz edilmir və biz bu haqda sənəd və sertifikat vermirik.Bu sahə tamamilə
başlı-başına buraxılıb.Yəni Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq
Nəzarəti Xidməti ölkəyə gətirilən heyvanlar arasında bruselyozla əlaqədar
yoxlamalar aparsalar da, vərəm virusu ilə əlaqədar müayinələr həyata
keçirilmir. Bu günlərdə Dadaş Şükürov adlı iş adamının Qırmızı Körpü sərhəd
keçid məntəqəsindən vərəm viruslu mal-qara keçirib. Gürcüstandan alınan sənədlərdə
tək birsilyoz xəstəliyinə sertfikat verilir, Dadaş Şükürov isə bu sənədə "Vərəm”
xəstəliyinin müayinəsini də əlavə edib aidiyyatlı orqanlara təqdim edir. Bu isə
Azərbaycanın keçmiş sovetlər birliyində birincilər sırasında olmağa şərait
yaradır. Azərbaycan tərəfi iribuynuzlu mal-qaranın Respublikamıza idxal edilməsi
üçün hər iki xəstəliyin olub, olmaması barədə sertifikat tələb edir. Bəzən
heyvanların xəstə olduğunu bilə-bilə onları, yaxud kəsərək ətlərini satanlar da
var. Üstəlik bayramlar ərəfəsində, daha çox da Qurban bayramı ərəfəsində
paytaxta gətirilərək satılan heyvanlar da çoxdur. Hazırda iri və xırda buynuzlu
heyvanlar arasında ən geniş yayılmış xəstəlik bruselyozdur: Daha sonra vərəm(tuberkulyoz
virusu), dabaq, qarayara, son zamanlar isə nodulyar dermatit xəstəliyi fərqli
formalarda yayılıb.
Erməni iş adamı ilə rəsmi anlaşma
Mövzu ilə bağlı apardığımız araşdırmalar ilginc faktları üzə çıxarıb. Belə ki,
cumhuriyyet.az olaraq mediada yer alan və rəzmən təkzib olunmayan məlumatlarda
Heydər Əsədovun rəhbərliyi altında erməni əsili şəxsin şirkəti ilə bağlanan
müqavilnin təfərrüatları yer alıb: "Kənd Təsərrüfatı naziri Qor Xeçoyanın
«Meqavet» şirkətindən vaksin alırmış Azərbaycanda bəzi məmurların ermənilərlə,
hətta Ermənistanla əlaqələr qurduğuna dair iddialar hələ xeyli əvvəldən var. Hətta
vəzifə başında erməni əsilli qadınlarla evli olan yüksək çinli məmurların
olduğu da deyilir. Lakin indiyə qədər rəsmi qurumlar bunu təsdiqləmirlər. Hətta
isbata gərəyi olmayan halları belə. Kənd Təsərrüfatı naziri Heydər Əsədovun da
düşmən xalqın nümayəndələri ilə sıx əlaqələri varmış. Belə ki, nazir Azərbaycanda
heyvanlar üçün büdcə pulları hesabına alınan vaksinləri «Meqavet» şirkəti vasitəsi
ilə realizə edirmiş. Bu şirkətin offşor şirkətlər sırasında olduğu isə təsdiqə
ehtiyacı olmayan məlumatlardandır. Lakin məsələnin ilginc tərəfi odur ki, Heydər
Əsədovun vaksin aldığı şirkətin başında erməni dayanırmış. Politika.Az-ın dəqiqləşdirmələrinə
görə, nazirin əməkdaşlıq etdiyi «Meqavet» şirkətinin rəhbəri Qor Rafaeloviç
Xeçoyandır. Xeçoyanın Bakıya gəlib-gedən nümayəndəsi isə gürcüdür. Pata
Subzivadze yerli biznesmenlərdən fərqli olaraq, gətirdiyi mallara görə ƏDV ödəməkdən
azad edilib. Səbəb isə «obnaliçka» əməliyyatları üzrə pulların həcmini daha
artırmaqdır. Heydər Əsədovun qaranlıq işləri bununla da yekunlaşmır. Onun ən
etibarlı adamlarından biri olan, hazırda nazirlikdə Kənd Təsərrüfatı Layihələri
və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəis müavini Abbas
Qaracayev isə fermerlərə ayrılmış kreditləri özünküləşdirməyə nail olub. Belə
ki, Qaracayev fermerlər üçün ayrılmış pulları banklara yerləşdirib, onlardan əmanətçi
kimi faizlər alır. Bildirək ki, bununla bağlı əlimizdə ciddi faktlar var və
ortalıqda onun əlyazması olan sənədlər mövcuddur. Həmin sənədlərdə aşkar şəkildə
hansı banklarda nə qədər pulun olduğu, aylıq və illik nə qədər faizlər alındığı
qeyd olunub. Bununla bağlı geniş yazımız olacaq. KTN rəhbəri hətta Dünya
Bankına da kələk gəlməyə başlayıb. Belə ki, bankın layihəsi əsasında ayrılmış
maliyyə vəsaitləriylə REV 1 vaksinləri alınmalıdır. Lakin nazirlik vaksinlərin
satınalması üzrə keçirilən beynəlxalq tenderdə ciddi qanunsuzluqlar edib”.
Çingiz Coşqun, Cumhuriyyet.az
Ulu Yol Xəbər portalı » Araşdırma » Baytarlıq İdarəsində təhlükəli korrupsiya: bazarda vərəmli ət, ermənilərlə iş birliyi və…
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/