İnşasına 2007-ci ildən başlanılan Sumqayıt Texnologiyalar
Parkı Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən
ən böyük layihə hesab oluna bilər. Hazırda özündə 17 zavodu birləşdirən böyük
Texnopark 2009-cu il dekabr ayının 22-dən istismara verilmişdir. Əlbəttə, ökədə
qeyri-neft sektorunun inkişafı baxımından belə böyük layihələrin həyata
keçirilməsi vacibdir. Ancaq təəssüf ki, ölkənin gələcəyi baxımdan böyük əhəmiyyət
daşıyan bu layihələrin icrasına məsul olan şəxslər də qanunsuzluqlara, ədalətsizliyə
və mənimsəmələrə yol verirlər. Hər halda cumhuriyyet.az olaraq media üzərindən
apardığımız araşdırmalarda rastlanan məlumatlar belə söyləməyə əsas verir.
Qeyd edək ki, Sumqayıt Texnologiyalar Parkı 6 aprel 2012-ci ildə Vergilər
Nazirliyində "Sumqayıt Texnologiyalar Parkı” MMC kimi qeydiyyatdan keçib.
Vergilər Nazirliyinin 6 aprel 2012-ci il qeydiyyat məlumatında "Sumqayıt
Texnologiyalar Parkı”nın sahibinin adı da göstərilib: "AZENCO GROUP” Məhdud Məsuliyyətli
Cəmiyyəti. Texnoparkın icraçı direktoru Sahib Musayev olsa da, burdakı bütün
işlərə nəzarət "Azərenerji”nin prezidenti Etibar Pirverdiyev tərəfindən həyata
keçirilir. Hər halda son vaxtlara qədər belə olub. İşcilər də "STP”-nin rəhbəri
kimi Etibar Pirverdiyevi tanıyırlar. Hətta cumhuriyyet.az olaraq xatırladaq ki,
bir ara mətbuata şikayət edən işçilər Texnoparkdakı sexlərdən birinə rəhbərlik
edən Etibar Pirverdiyevin bacanağı Zeynal Yunusovun özünü bütün zavodun ağası
kimi apardığını bildirmişdilər. Bu məmurun nəzarətindəki Sumqayıt
Texnologiyalar Parkında (STP), "Azenco” şirkətində, eləcə də "Azərenerji” ASC-də
yaşanan çoxsaylı problemlər, maaş böhranı belə deməyə əsas verir. Bundan əlavə
Texnoparkdakı malliyə məsələlərinə Pirverdiyevin şəxsən nəzarət etdiyinə dair məlumatlar
var. Bu baxımdan Texnoparkda tətbiq olunan anormal "paket” sisteminin müəllifinin
də Pirverdiyev olduğunu ehtimal etmək olar. Hansı ki, bu işçilər arasında
narazılıq yaradıb. Bütün bunlar, həmçinin Rabitə və yüksək texnologiyalar
naziri Əli Abbasovun tutduğu vəzifədən azad edilməsi onun qudası, "Azərenerji”
ASC-nin sədri Etibar Pirverdiyevin adının mətbuatın gündəminə tez-tez gəlməsinə
səbəb olub. Bəzi mənbələrin iddiasına əsasən, ASC rəhbəri tezliklə qudasının
aqibətini yaşaya və işindən çıxarıla bilər.
Mətbuatda yayılan məlumatlara görə, ASC sədrinə yaxın olan şəxslər STP-də əsas
söz sahiblərinə çevriliblər və qanunsuz işlərə imza atmaqdan çəkinmirlər. Həmin
məlumatlardan bir qismini cumhuriyyet.az olaraq diqqətinizə çatdırırıq:
"Texnoparkın yerləşdiyi ərazidə özbaşınalıq pik həddə çatıb. Adi bir misal gətirmək
istəyirəm. Parkı əhatə edən sahə bütünlüklə betonlanıb, amma ayrılan vəsaitlərin
bir hissəsi küləyə sovrulduğu üçün iş keyfiyyətsiz görülüb. Bu səbəbdən hazırda
beton örtük çat verib. İndi isə çat vermiş hissələri təmir etmək adı altında əlavə
sərfiyyata yol verirlər. Etibar Pirverdiyevə yaxın olan şəxslərə xidməti maşın
təsis edilib. Bu məqsədlə ayda külli miqdarda dövlət vasaiti yanacağa silinir.
Bəzi maşınlar STP-nin balansında olsa da, burdan yanacaqla təmin edilsə də, məmurun
villalarında və obyektlərində islədilir. Bunların hamısı faktdır, sadəcə
araşdıran yoxdur”. Redaksiyamıza daxil olan digər məlumatda isə qeyd olunur ki,
cəmiyyət sədrinin ailə üzvlərindən bir neçəsi texnoparkda mühüm vəzifə tutsalar
da, işə getmirlər: "Məsələn, onun qızı Dünya xanım STP-də söbə müdiridir. Ona
ayda filan qədər maaş yazılır, ancaq buna baxmayaraq, işə gəlmir. Biznesin
inkisafı idarəsinin rəisi Cəmil Qasımov Etibar Pirverdiyevin qızının tələbə
yoldaşı olub. İxtisasca hüquqşünasdır. Ona vəzifə verməkdən ötrü xüsusi idarə
yaradıblar. O hazırda Biznesin İnkişafi İdarəsinə rəhbərlik edir. Bundan başqa,
Ağır Maşınqayırma Zavodunun gənc direktoru Rzabəy Məmmədov da ASC sədrinin
yaxın adamı hesab olunur. Bu şəxslər Sumqayıt Texnologiyalar Parkında özlərini
çox yüksəkdən aparır, sıravi işçilərə yuxarıdan aşağı baxırlar. Belə insanların
məsuliyyətli vəzifələrə qoyulması texnoparkın fəaliyyətində problemlərin əmələ
gəlməsinə səbəb olub. Texnoparkın icraçı direktoru Sahib müəllim ASC sədrinin
özbaşına işlərə imza atan adamlarına heç bir irad tuta bilmir. Belə olan təqdirdə
çanaq yenə də işçilərin başında çatlayır. Bu insanların qanundan kənar əməllərindən
əziyyət çəkən işçilərdir”. Məlumatlı mənbələrin bildirdiyinə əsasən STP-yə
xaricdən alınan avadanlıqların qiyməti şişirdilərək baha sənədləşdirilir. Bunun
nəticəsində büdcə vəsaitlərinin mühüm hissəsi bir qrup şəxsin cibinə səmtləndirilir:
"Texnoparkın lazımlı maliyyə sənədlərinin çoxu məhv edilib. Törəmə şirkətlər
vasitəsilə büdcə vəsaitləri yoxa çıxarılır. Aidiyyəti dövlət qurumları burda
araşdırma aparsalar, o qədər qanunsuzluq üzə çıxar ki. Sadəcə, Etibar
Pirverdiyev buna imkan vermir. Hesablama Palatası və Dövlət Əmək Müfəttişliyi
Xidmətinin rəsmiləri STP-də dəfələrlə yoxlama aparıb qanun pozuntularını aşkara
çıxarıblar. Lakin STP rəhbərliyi sonradan onları ələ almağı bacarıb. Beləliklə,
adı çəkilən qurumların nümayəndələri üzə çıxardıqları nöqsanları ört-basdır
ediblər”
Bu günlərdə redaksiyamıza Sumqayıt Texnologiyalar Parkında olan yeyinti
haqqında məlumat daxil olub. Məlumatda qeyd edilir ki, son zamanlar tamam təsadüf
nəticəsində maraqlı bir fakt ortaya çıxıb. Müəssisənin plastik boru satışı üzrə
cavabdeh şəxs, 2010-cu ildən bu sahədə çalışan Ağalar Ağayevin adına olan bank
hesabında 100.000 ABŞ dolları olduğu aşkarlanıb. Araşdırma nəticəsində məlum
olub ki, müəssisədə çalışdığı müddət ərzində bu şəxsin rəsmi əmək haqqısı orta
hesabla 500 manat olub və maddi vəziyyəti heç də qənaətbəxş olmayıb. İxtisasca
riyaziyyat müəllimi olan Ağalar Ağayev məhdud maliyyə imkanlarına malik olsa
da, müəssiədə çalışdığı dövrdən bəri bu qədər maddi vəsaiti hansı yollarla əldə
etməsi maraq doğurur.
Bu məbləğin təxminən bugünkü kursla 190.000 manat olmasını nəzərə alsaq, həmin
vəsaitlə 100 nəfərə 4 ay əmək haqqı vermək olar. Yəqin ki, bu məbləğin Ağalar
Ağayevin bank hesabına necə axması Etibar Priyev üçün də maraqlı olacaq.
Sumqayıt Texnologiyalar Parkının bu ağır duruma düşməsində bələ halların heç
şübhəsiz rolu böyükdür və bu mövzu ciddi araşdırılmalıdır.
Azərenerji ASC-dən məsələyə münasibət bildirmək istəmədilər. Sumqayıt
Texnologiyalar Parkından isə telefonlarımıza cavab verən tapılmadı. Yazıda
adları çəkilən şəxslərin münasibətini işıqlandırmağa hazırıq. Mövzuya
qayıdacağıq.
Ulu Yol Xəbər portalı » Sosial » Etibar Pirverdiyevin “Kurtlar Vadisi” – STP
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/