Bu gün D18 Vətəndaş Hərəkatının 4 yaşı tamam olur. Bununla əlaqədar Müsavatın qərargahında tədbir keçirildi.

Tədbirin aparıcısı, D18 təşkilatının sədr müavini Samirə Ağayevə qonaqları salamladıqdan sonra təşkilatın məramı haqda çəkilən video nümayiş etdirildi.

Daha sonra D18-in sədri Ruslan İzzətli çıxış etdi. O, təşkilatın məramı haqda danışdı, bildirdi ki, "D18” adı 1918-ci ildə Azərbaycanda qurulmuş demokratik cümhuriyyəti ifadə edir.

Daha sonra söz qonaqlara verildi. Müsavat başqanı Arif Hacılı, NİDA vətəndaş Hərəkatının İH üzvü Turqut Qəmbər, "Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, keçmiş siyasi məhbuslar Hilal Məmmədov və Bəşir Süleymanlı çıxış etdilər. Tədbirdə "heykəl məhbusu” Qiyas İbrahimovun anası Şura Əmiraslanova, vicdan məhbusu Fuad Əhmədlininatası Zəfər bəy iştirak edirdilər. Siyasi məhbusların ailə üzvləri adından Zümrüd Yağmur çıxış etdi.

Çıxışlarda "D18” hərəkatının yaranmasının ildünümü münasibətilə təşkilatın üzvləri təbrik edildi, onlara uğurlar arzulandı.

Tədbir çaysüfrəsi arxasında davam etdirildi.

Könül Alı, bastainfo.com

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300