Nəqliyyat Nazirliyinin ləğvi və nazir Ziya Məmmədovun vəzifəsindən
uzaqlaşdırılması onun kurasiyasında olan icra başçılarını təşvişə salıb
Göyçayın icra hakimi Mehdi Səlimzadə həyəcan içərisindədir.
Xəbərdə deyilir ki, M.Səlimzadənin vəzifəsindən kənarlaşdırılması təhlükəsi
var. Nazirin gedişi onun postunu laxladıb. Z.Məmmədovun "krişalığı” əldən çıxıb
və icra başçısı dayaqlarını itirib.
Onun bu vəzifəyə təyinatı yeni olsa da, gedişinin də tez olacağı gözlənilir. Bu
prosesin eks-nazirə yaxın başqa icra başçılarını da əhatə edəcəyi bildirilir.
Söhbət Göyçay, Ucar, Zərdab, Quba, Goranboy rayonlarının icra hakimlərindən
gedir.
Prezident son müşavirədə icra başçılarına ciddi şəkildə xəbərdarlıq etdi. Məmurları
soyğunçuluq etməməyə, özbaşınalığa yol verməməyə çağırdı.
Onların cəzasının veriləcəyini bəyan etdi. Ölkə başçısının bu mesajları rayon
icra hakimiyyətlərində vəlvələ yaradıb. Xüsusilə də Göyçayın başçısını
qorxudub.
Bir müddət əvvəl mənbə qeyd etmişdi ki, nazirin himayəsində olan Göyçay icra
başçısı Mehdi Səlimzadə, Ucar rayon rəhbəri Mənsur Məmmədov, Goranboy icra
başçısı Nizaməddin Quliyev və Quba icra hakimi Yaşar Məmmədov işində həssas
olmalıdır. Çünki onlarla bərabər nazir üçün imtahan dövrü başlanıb. Deyilənlər
təsdiqini tapdı.(politika.az) Ziya Məmmədovun ağzı bir neçə dəfə yanıb.
Onun Quba olayında Rauf Həbibov ucbatından töhmət alması, Mübariz Ağayevin MTN
hadisəsində ifşa edilməsi, xalası oğlu Mənsur Məmmədovun Göyçayı talaması
başağrısına çevrilmişdi. Bundan sonra icra başçıları özlərini qorumalıdır.
Mehdi Səlimzadə 1955-ci ildə anadan olub. Ali tibb və hüquqşünas təhsili var.
2003 - cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakultəsini fərqlənmə diplomuyla
bitirib.
1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi
Komissiyasında ekspert kimi çalışıb. Bələdiyyə sisteminin inkişafına həsr
olunan onlarca elmi-publisistik məqalənin və monoqrafiyanın müəllifidir.
2000-2003- cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004- cü ildən Azərbaycan
Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan
təşkilat qrupun rəhbəri və komitənin ilk sədri seçilib.
Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri kimi Azərbaycan bələdiyyə
sistemini mütəmadi olaraq beynəlxalq tədbirlərdə layiqincə təmsil edib.
Bir sıra dövlət mükafatlarıyla təltif edilib. 2012-ci ildən Azərbaycan
Prezidenti Ilham Əliyevin sərəncamıyla III dərəcəli dövlət ədliyyə müşaviri ali
xüsusi rütbəsi verilib.
"Bələdiyyə həyatı” qəzetinin təsisçisidir. 2004-cü ildən Ədliyyə
Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsində çalışıb.(rubrika.az)
Ulu Yol Xəbər portalı » Araşdırma » Ziya Məmmədovun gedişindən sonra icra başçısı Mehdi Səlimzadə TƏLAŞ İÇİNDƏ
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/