Niderland hökuməti Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Kayanı "arzuolunmaz əcnəbi" elan edib.

Uluyol.info APA-ya istinadən xəbər verir ki, Niderland hökuməti türkiyəli nazirin ölkədən çıxarılmasına qərar verib.

Yerli KİV-lərin məlumatına görə, polis əməkdaşları nazir Fatma Betül Kayanı Hollandiya-Almaniya sərhədinədək müşayiət edəcəklər.

Almaniyada səfərdə olmuş Fatma Betül Kaya, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Berlindən Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə səfər edəcəyini bəyan etmişdi.

Xəbər verildiyi kimi, Fatma Betül Kayanın avtomobili Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna yollanarkən Niderland polisi tərəfindən saxlanılıb. Nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən "Anadolu" və TRT-nin jurnalistlərinə də Baş Konsulluq istiqamətində hərəkət etmək qadağan olunub.

 

 
Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300