Xəbər verdiyimiz kimi iş adamı İbrahim Nehrəmli 240- min azn-lik saatının oğurlanması haqda mətbuata məlumat verib. İş adamı daha sonra bildirib ki, onun saatını şəxsi sürücüsü oğurlayıbmış və o, sürücünü bağışlayıb.
 
EMTV.az xəbər verir ki, uzun müddətdir İbrahim Nehrəmli ilə problemlər yaşayan və 2 evi naxçıvanlı iş adamı tərəfindən mənimsənən qazaxlı iş adamı Elşad Məmmədov Moderator.az-a müraciət edərək bildirib ki, baş vermiş bu olay İbrahim Nehrəmlinin növbəti özbaşnalığıdır:

"Mən onu çox yaxşı tanıyıram bu illər ərzində mənə və ailəmə çox əzab verib. Ölüm təhdidi aldıqdan sonra ailəmlə birgə Avropaya sığınmağa qərar vermişəm. Hacı İbrahim üçün qanun onun puludur. Elə bilir ki, istədiyi şeyi edər, istədiyi adamın evini əlindən alar, cinayət törətmiş istənilən adamı azadlığa buraxdıra bilər. Sizə bir misal çəkim, ötən il o, iki mühafizəçisini həbs etdirmişdi, onları 130 min azn oğurlamaqda ittiham edirdi, daha sonra isə onları məhkəmə zalından azad etdirdi. Mən Zakir Qaralova müraciət edirəm. Bu ölkənin Baş prokuroru kimdir? İbrahim Nehrəmli yoxsa siz? Mən şəxsən iki dəfə Baş Prokuror Zakir Qaralovun qəbulunda olub aldığım evin sənədlərini ona göstərib evlərimin mənimsəndiyini demişəm, Zakir Qaralov məni haqlı saysa da evlərimi İbrahim Nehrəmlidən bu günə qədər ala bilməmişəm.”
 
ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300