Türkiyənin İsparta şəhərində I Kitab fuarı keçirilməkdədir. 3 martda başlayan və 12-ə qədər davam edəcək fuarda Ayşə Kulin, İlker Başbuğ, Nihat Hatipoğlu, Engin Alan, Ataol Bəhramoğlu, Hanefi Avcı kimi tanınmış yazarlar imza günü keçiriblər.

Azərbaycanda bu fuara araşdırmaçı yazar, "Terrorun Gülən üzü” və "Sessiz İşgal: Azerbaycan`dakı FETÖ Örgütlenmesi” kitablarının yazarı, Yeniçağ.Az Analitik İnternet Qəzetinin baş redaktoru Aqil Ələsgər qatılıb.

Türkiyənin məşhur yayın evi olan "Kirmızı Kedi” tərəfindən yayımlanan "Sessiz İşgal: Azerbaycan`dakı FETÖ Örgütlenmesi” kitabı ilə ötən ilin sonlarında qardaş ölkədə ciddi rezonans doğuran yazar bu gün ispartalı oxucuları ilə görüşüb.

 

Aqil Ələsgərin imza törəninə İsparta bələdiyyə başqanı Yusif Ziya Günaydın, bələdiyyə üzvləri, Süleyman Dəmirəl Universitetinin rəhbərliyi, müəllim və tələbələri, xüsusilə İspartada təhsil alan azərbaycanlılar qatılaraq, yazara dəstəklərini ifadə ediblər.

Qeyd edək ki, ispartalı oxucularının istəyi ilə imza günü keçirən Aqil Ələsgərə şəhərin ən böyük sosial şəbəkələrindən olan Facebookdakı "İspartam” səhifəsi də dəstək verib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300