Azərbaycan Ordusu daha bir şəhid verib. APA xəbər verir ki, martın 11-də Ermənistan silahlı qüvvələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində şəhid olan əsgər Abbasov Həsənəli Çingiz oğlu bu gün doğulduğu Tovuz rayonu Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı və RİH Aparatının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd sakinləri, şəhidin hərbçi yoldaşları, xidmət etdiyi hərbi hissəsinin zabitləri, Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak edib.

Şəhid Yuxarı Öysüzlü kənd qəbirstanblığında torpağa tapşırılıb. Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı atasına təqdim edilib.

shehid

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300