Portuqaliya millisinin sabiq futbolçu Luiş Fiqo "Goal.com”-a müsahibə verib.

Qol.az-ın xəbərinə görə, 44 yaşlı veteran yarımmüdafiəçi sabiq komandaları – "Barselona” və "Real” haqda sualları cavablandırıb, Çempionlar Liqasında favorit komandalarını açıqlayıb.

- "Barcelonanın” mövsümun əvvəlində transfer etdiyi Andre Qomeş haqqında nə düşünürsüz?

- Məncə, Qomeş fantastik keyfiyyətlərə sahib bir futbolçudur. Hazırda komandada adaptasiya dövrünü keçir. Ümumi olaraq əlindən gələnin ən yaxşısını etdiyini söyləyə bilərəm. "Barselona”da uğur qazanacağına inanıram.

- Zinəddin Zidanla "Real”da birlikdə oynamısınız. Həmin vaxtdan hiss edirdiniz ki, Zidanın baş məşqçi olmaq arzusu var?

- Xeyr. Çünki biz birlikdə oynadığımız zaman o, bu kimi suallara cavab vermirdi. Zidanın baş məşqçi olması mənim üçün gözlənilməz oldu. Amma "Real”da bu ana qədər çox yaxşı işlər görüb. Onun uğur qazanması məni xoşbəxt edir.

- Kriştiano Ronaldo bir hücumçudan daha artıq işlər görür. Onun haqqında nə düşünürsünüz?

- Ronaldo yüksək səviyyəli bir futbolçudur. Fikrimcə, o, hər mövqedə oynaya bilər. Çünki hədəfləri hər zaman yüksəkdir. Hər vəziyyətdə komandasına kömək edə biləcək futbolçudur.

- Luiş Fiqonun "ən yaxşı beş futbolçu”su kimlərdir?

- Zinəddin Zidan, braziliyalı Ronaldo, Raul Qonzales, Fernando Yerro, İlker Kasilyas.

- İspaniya La Liqasında çempionluğu kimin qazanacağını düşünürsünüz?

- Çempionluq yarışı "Real” və "Barselona” arasında gedir. Bu iki komandadan biri çempion olacaq.

- Bəs, Çempionlar Liqasında favoritiniz hansı komandadır?

- Doğrusu, çox güclü komandalar var. Lakin "Bavariya”, "Real” və "Barselona” mənim favoritlərimdir.


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300