ABŞ-ın Texas ştatından olan konqresmen Cin Qrin Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat verib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Axar.az-a verilən məlumata görə, konqresmen Qrin bəyanatında 25 il öncə, 25-26 fevral tarixlərində, Ermənistan Silahlı Qüvvələrinin Xocalını işğal etdiyini və bu hücum zamanı yüzlərlə günahsız insanın öldürüldüyünü, yaralandığını və əsir götürüldüyünü qeyd edib.

Bəyanatda Xocalı faciəsi ilə bağlı beynəlxalq insan hüquqları təşkilatının hesabatına toxunularaq, bu dəhşətli hadisənin Ermənistan-Azərbaycan münaqişəsi dövründə ən böyük qətliam kimi xarakterizə olunması və Ermənistan Silahlı Qüvvələrinin beynəlxalq humanitar hüququn tələblərinə məhəl qoymadan bilərəkdən bu vəhşilikləri törətməsi ilə bağlı məqamlara istinad olunub.

Bununla yanaşı, Konqresmen Xocalının hazırda işğal altında olduğunu və BMT Təhlükəsizlik Şurasının Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarının işğalını pislədiyini bəyan edib.

Konqresmen Qrin bəyanatında Xocalı faciəsini hərbi cinayət adlandıraraq, illər ötdükcə daha çox təşkilat və dövlətlərin Xocalıda Azərbaycan vətəndaşlarına qarşı törədilmiş vəhşilikləri tanıdığını bildirib.

Sonda ABŞ Konqresmeni Azərbaycanın ABŞ-ın güclü strateji tərəfdaşı və dostu olduğunu vurğulayaraq, həmkarlarına bu faciəni qeyd etdiyi bir zamanda ölkəmizlə birgə olmağa və işğal olunmuş torpaqlarımızda sülhün bərqərar olunması istiqamətində çalışmağa çağırıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300