Zərdab rayon Çallı kənd sakini Mustafayev Elmir Babaş oğlu tərəfindən uluyol.info-nun elektron poçtuna şikayət məktubu daxil olub. Zərdablı narazı vətəndaş mətbuat vasitəsi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası Maliyyə Monitorinqi Xidmətinin direktoru Anar Salmanova müraciət ünvanlayır.

Uluyol.info həmin müraciətin mətnini olduğu kimi təqdim edir:

"Cənab direktor!
10 fevral 2015-ci ildə Zərdab-Ucar magistralında 90 FB 035 Cevrolet Niva maşınında avtomobil qəzasına düşmüşəm.Bu avtomobildə sərnişin olmuşam.Qəza nəticəsində qarın boşluğunun və döş qəfəsinin küt travması, qara ciyərin cırılmış yarası, nazik bağırsağın reyeksiyası, sol budun yuxarı və sol mil sümüyünün qapalı sınığı, sol aşıq sümüyünün açıq sınığı xəsarətləri ilə Ucar MRX-nın cərrahiyyə şöbəsinə daxil olmuşam.Həmin gün Ucar xəstəxanasında mən cərrahiyyə əməliyyatı olundum.

Əməliyyat bir neçə saat çəkdi. Əməliyyatla mənim cırılmış qarnım və ciyərim tikilmiş, bağırsağımın zədələnmiş hissəsindən bir hissəsi kəsilib götürülmüşdür.Fevralın 23-ü isə Ucar xəstəxanasının təcili tibbi yardım maşınıyla Bakı şəhər 1 saylı (Semashko) xəstəxanasının travmatalogiya şöbəsinə göndərilmişəm.Burda isə qolumdan və qılçamdan cərrahiyyə olunmuşam. Martın 10-da xəstəxanadan evə buraxılmışam.Aprelin 27-si Ucar MRX-da təkrar qarın boşluğumdan cərrahiyyə olunmuşam. Hal-hazırda yenidən cərrahiyyə olunmağıma ehtiyac var .Çünki iki dəfə həkimlər cərrahiyə yolu ilə qarın boşluğunda olan zədələnmiş yerin çirklənməsinin qarşısını almağa çalışsalarda buna nail olmayıblar.
Ucar MRX-dan çıxandan sonra müailcəmi davam etdirmək üçün Zərdab RMX-a müraciət etdim.Buna səbəb yeriyə bilməməyim olmuşdu.Altı ayda orda müalicə aldıqdan sonra sənədlərimi 36-saylı TSEK-na təqdim etdim.Komissiya mənə iki ayda müalicə olunmağım üçün yenidən xəstəxanaya göndərdi.İki aylıq müalicədən sonra mən yenidən sənədləri 36 saylı TSEK-na tədim etdim.Nəhayət 7 aprel 2016-cı ildə 36-saylı TSEK məni 2 qrup əllil olduğumu təsdiq edən qərar verdi.Xəstəxanadan çıxandan bu günə kimi hasa ilə yeriyirəm
İcbari Sığorta haqqında Azərbaycan Respublikasının Qanununa əsasən avtomobil qəzası zamanı maşında olan sərnişinlərin(3-cü şəxslərin) sığorta almaq hüququ var. Bununla bağlı mənə sığorta pulunu ödəməli olan AXA MBASK sığorta şirkətinə müraciət etmişəm. Onlar Əlilliyimlə bağlı 36 saylı TSEK mənə verdiyi arayışın notarial təsdiq olunmuş sürətini istədilər.Mən TSEK-in arayışının sürətini onlara təqdim etsəmdə mənə bildirdilər ki, bu arayışla biz sizə sığorta ödəməyəcəyik.Çünki mənim təqdim etdiyim arayışda xəsarətlər qeyd olunsada bu xəsarətlərin avtomobil qəzası nəticəsində aldığım yazılmayıb.Mən 36 saylı TSEK-ə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinə müraciət etsəmdə xidmətdən mənə bildirdilər ki, biz verdiyimiz arayışa avtomobil qəzası nəticəsində zədədən olduğunu qeyd etmirik. Biz ora qeyd edirik səbəbini və tarixini və qrupun dərəcəsini .Onlarıda qeyd etmişik 36 saylı TSEK-ə əlilliyin təyin olunması ilə bağlı mənə verilən forma 88-də və Ucar MRX-dan verilmiş ambulator stasionar tibbi kartımdan çıxarışıda qeyd olunub ki əlilliyimə səbəb olan xəstəliklər məndə avtomobil qəzası nətisəndə əmələ gəlib. . Mən bu sənədləri AXA MBASK sığorta şirkətinə təqdim etsəmdə şirkətdən məni get-gələ salırlar.
İcbari Sığorta haqqında qanunun 17-ci maddəsinin 1.6-cı bəndində yazılmışdır:müvafiq hallarda sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində üçüncü şəxsin və ya sığorta olunanın sağlamlığına dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert komissiyasının arayışının surəti.
Qanunda göstərilən sənədləri təqdim etməyimə baxmayaraq niyə məni get-gələ salırlar?Beş aydı müraciət etmişəm bu beş ayda qalmışam iki qurumun arasında.
Mən 18 fevral tarixində sizin elektron poçt ünvanınıza müraciət etmişəm.Amma nədənsə bu günə kimi cavab almamışam .
Yuxarıda göstərdiklərimə əsasən sizdən xahiş edirəm mənim bu müraciətim araşdırılaraq mənə sığorta ödənişinin verilməsinə köməklik edəsiniz
tel:050-370-97-88"

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300