Istanbulda qarın hündürlüyü 50 sm çatıb. Musavat.com-un məlumatına görə, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsi açıqlama verib.
Açıqlamada deyilir: "İstanbulu ağuşuna alan qarın hündürlüyü bəzi yerlərdə 50 sm-ə çatıb. Gecədən səhərə qədər yağan qar yolları bağladığı üçün işçi qrupları yollara duz səpib və kürəyib”.
24 saat ərzində yollara 21 min 220 ton duz səpildiyi qeyd edilib.