Niyə Azay Quliyevdən yazmaq "qadağan”dır.

Azay Quliyevi mediada tənqid etmək çətinləşib. Onun haqqında yazan jurnalistlərə hədə-qorxu gəlinir, barələrində müxtəlif böhtanlar yazılır. Hətta ötən il jurnalistlərdən bir neçəsi bununla bağlı məlumat da yaydılar ki, Şuranın əməkdaşları onları həbslə hədələyir, guya buna görə yuxarı dairələrdən razılıq alındığını da deyiblər. Maraqlıdır, prezidentin etimadını doğrultmayan, belə yarıtmaz fəaliyyəti ilə Azərbaycana qarşı olan qüvvələrin əlinə fürsət verən və ən əsası dövlətin pulunu geninə-boluna kimə gəldi pay-püşk edən Azay Quliyev kimə arxalanır? Onu müdafiə edənlərin, mediada və siyasətdəki "muzdlu yandaş”larının məqsədi nədir: vətənə xidmət, yoxsa dövlətin puluna minnət?..
İstisna etmirik ki, bu yazıdan sonra bizə də təzyiqlər ediləcək, bu və ya digər şəkildə fəaliyyətimizə mane olmaq istəyənlər olacaq. Amma unutmasınlar ki, biz faktların dili ilə danışırıq və yazırıq. Yaxın günlərdə də məhz faktların, rəqəmlərin və hesabatların müqayisəli təhlilini diqqətinizə çatdıracağıq. Ümid edirik ki, Quliyevin mediadakı və siyasətdəki "muzdlu yandaş”ları bu rəqəmlərdən nəticələr çıxaracaqlar. Adi bir hesablama yetərlidir ki, təkcə parlament seçkiləri dövründə Azay Quliyevin 10-dan çox mediada təbliği gedirdi. Həmin sayt və qəzetlərin MSK-ya təqdim etdiyi reklam şərtləri isə ən azından 200 AZN-dən yuxarı idi. Azay Quliyevin həmin media qurumlarında özünü deputat maaşı ilə reklam etməsi isə absurddur. Yox, əgər o media qurumları bunu təkzib edəcəklərsə, o zaman onların vergidən yayınma hallarına yol verdikləri üzə çıxacaq ki, bu da əlavə cinayət tərkibi yaradır.
Sonda onu da qeyd etmək istəyirik ki, bir neçə gün öncə ölkə başçısı qrantların verilməsində "Vahid pəncərə” sisteminin tətbiqi ilə bağlı fərman imzaladı. Bu həm ölkə xaricindən qrant alanlar, həm də ölkə daxilində qrantları mənasız yerə xərcləyənlər üçün bir növ hüquqi prosedurun müəyyənləşdirilməsidir. Və ümid edirik ki, dövlət başçısı bununla yanaşı, ölkə daxilində də qrantlarla bağlı islahatlar həyata
keçirəcək, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətini də ciddi yoxlatdıracaq. Ölkənin belə iqtisadi durumda olduğu bir məqamda adı tanınmayan və heç bir ictimai çəkisi olmayan QHT-lərə qrantların hansı prinsiplə və niyə verildiyini aydınlaşdırmaq üçün məzh dövlətə xeyir gətirən faktor olacaq.

 

Bəhruz Əliyev, NİA.az saytının baş redaktoru

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300