Aydın CANIYEV

Deməli, mən bir gün ərzində 10 milyonluq Azərbaycan xalqına cəmi-cümlətanı 1 kq alça sata bilsəm, çox rahat kirayə qaldığım evin üç aylığını verə bilərəm! Fəqət mən... 100-cə kitabımı - 500 səhifə, 10 janr üzrə 10 super yazı - 10 manatdan sata bilmədim ki, nəşriyyatın xərcinin dörddə birini verim!
Bu analoqsuz ölkənin adamlarını analoqsuz qiymətlə və həm də alça ilə loxlamaq lazımdı!!!
Yaşasın iqtidar!
Yaşsın Siyavuş Novruzov!
Yaşasın Arif Rəhimzadə!
Yaşasın Hadi Rəcəbli!
Yaşasın Çingiz Qacar!
Yaşasın Araz Əlizadə ayrıca və yaşasın... Zərdüşt Əlizadə... ayrıca!
Ayə, a millət, alçanın da 720 manata satılmasına AŞ PA, ABŞ, RF, AB, BMT əncam çəkməlidi? Alça da Dağlıq Qarabağdı ki, onu Rusiyanın əliylə mataha mindiriblər? Alça da neftdi ki, BP, Statoyl, Şevron TALEYİNİ MÜƏYYƏN EDİR?
Ay daad, bir alçanın qiymətinə yerini və qədərini göstərə bilməyən ölkə vətəndaşı...ABŞ-la, Rusiya ilə, Qərblə, Avropa ilə tay-tuşluq, hampalıq eləmək istəyir!
Doğrudan da, analoqumuz yoxdur!
Yoxdur da, a kişi, yoxdu! İqtidarın təbliğat imicmeykerləri elə-belə dövriyyəyə buraxmayıblar ki, analoqsuz təşbehini!
Niyə ironiya hədəfinə çeviririk ki, bu təşbehi?
Analoqumuz var? 9 iqlim qurşağı olan ölkədə 1 kq alçanı 1 barrel neftdən azından 8 dəfə baha satan xalqla necə rəftar edəcən ki, bu iqtidarın rəftarından başqa?
Alçanın da qiymətinin 720 manata olması iqtidarın oliqarxlarının, monopolistlərinin, Tarif Şurasının əməlidir?
Əgər elədirsə, onda yenə də, analoqumuz yoxdur!
Alçası 720 manata satılan ölkədə elektrik enerjisi, qaz, su indiki qiymətləriylə demək olar ki, "huvayidü"!
Nə isə, alçanızı yeyəsiz...

 

Uluyol.info



Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300