2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistratura imtahanlarının vaxtı məlum olub.

APA-nın xəbərinə görə, magistratura imtahanın birinci mərhələsi 2017-ci il aprelin 9-da keçiriləcək və bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürun) yoxlanılması üçün 50 (o cümlədən, açıq formalı 5), informatika üzrə 25 (o cümlədən, açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Birinci mərhələdə 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan bütün bakalavrlar bitirdikləri bakalavr ixtisaslarından asılı olmayaraq, jurnalistika ixtisası üzrə magistratura ixtisaslaşmalarına qəbul olmaq üçün müraciət edə bilərlər. Müsabiqə şərtlərini ödəyən və magistratura səviyyəsinə jurnalistika ixtisaslaşmaları üzrə qəbul olmaq istəyən bakalavrlar Mərkəz tərəfindən elan edilən müddətdə Mərkəzin internet saytının müvafiq səhifəsində sorğu anketini doldurmaqla qeydiyyatdan keçməli, "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər.

İmtahanın ikinci mərhələsi 4 iyun 2017-ci il tarixində keçiriləcək. Bu mərhələdə bakalavrların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən, açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.

Müəyyən qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməli, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar isə qabiliyyət imtahanı verməlidirlər ("Magistr” jurnalının 2017-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcək).

Yazı işləri və qabiliyyət imtahanının nəticəsi 50 ballıq şkala üzrə qiymətləndirilir.

İmtahan suallarının cavablandırılmasına imtahanın birinci mərhələsində 2 saat 30 dəqiqə, ikinci mərhələsində isə 1 saat 30 dəqiqə vaxt ayrılır.

Qəbul imtahanında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) bakalavrlara fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 30 dəqiqə artırılır.

Qəbul imtahanının birinci mərhələsi Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində, ikinci mərhələsi isə Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçirilir.

Bakalavrın imtahan verəcəyi şəhər Mərkəz tərəfindən bakalavrın yaşadığı məntəqəyə görə təyin edilir.

Qəbul imtahanının hər bir mərhələsində iştirak etmək üçün bakalavrın ayrıca imtahana buraxılış vərəqəsi olmalıdır. İmtahanın birinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçmiş bakalavrlar 2017-ci il aprelin 5-dən etibarən birinci mərhələ üçün, ikinci mərhələyə buraxılanlar isə 2017-ci il mayın 31-dən etibarən ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni eservices.dim.gov.az/erizemag/brxvmag internet səhifəsinə daxil olaraq çap edib götürməli, imtahanın yeri və keçirilmə tarixi qeyd olunan buraxılış vərəqəsini (hər mərhələ üçün ayrıсa) və şəxsiyyətlərini təsdiq edən sənədi imtahana hökmən gətirməlidirlər.

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələri elan olunduqdan sonra aparılır. Bakalavrların seçdikləri ixtisaslaşmalar üzrə müsabiqə iki mərhələdə keçirilən imtahandan topladıqları ümumi bal (balların cəmi) əsasında aparılır. İxtisaslaşma seçiminə ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkürün), informatika və xarici dil üzrə biliklərin qiymətləndirilməsi imtahanından və ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından topladıqları ümumi balı (ballarının cəmi) ilə yanaşı, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından ayrılıqda topladıqları balı da Mərkəz tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırmaqla müəyyən edilən müsabiqə şərtlərinə uyğun olan bakalavrlar buraxılırlar.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300