Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Nadir Qazipur növbəti dəfə türk millətini təhqir edənlərə xəbərdarlıq edib.

"Biz qövmlərin, xüsusi ilə də İranın bütün bölgələrində yaşayan türk qövmünün təhqir olunmasınə dözə bilmərik, türk qövmünü təhqir edənlərin gözünü çıxardarıq”- deyə Nadir Qazipur "Barış News”un müxbirinə bildirib.

Millət vəkili əlavə edib ki, Qərbi Azərbaycan Vilayəti 4 sahədə ölkənin təxminən axırıncı vilayəti sayılır. Biz adam başına düşən gəlir, təhsil, səhiyyə və məşğulluq göstəricilərinə görə ölkə üzrə 29-31-ci yerlərdə qərarlaşırıq. Nadir Qazipur Azərbaycanın idman komandalarına verdiyi dəstək barədə də danışıb. "Hər halda ölkə idmanı sadəcə "İstiqlal” və "Perspolis” komandalarından ibarət deyil. Təkcə "Traxtur” komandası 100 min tamaşaçını stadionlara çəkə bilir. Futboldan başqa, şərait yaranarsa təkcə Urmiyənin voleybol komandası 50 min tamaşaçını stadiona cəlb etmək gücündədir. Amma Futbol və Voleybol Federasiyaları "Traxtur” və Urmiyənin "Şəhrdari” komandalarına qarşı haqsızlıq edir. Mən də bu səbəbdən hər iki federasiyaya sərt reaksiya verdim, əgər verməsəydim bu xəyanət olardı. Bir müddət öncə "Traxtur” klubu üçün yardım aldım və kluba təhvil verdim, Bələdiyyə İdarəsinə də işçilərinin maaşlarını ödəməsi üçün 2 dəfə böyük məbləğdə kredik almışam. Mən bunu özümə borc bilirəm”- deyə o vurğulayıb. Nadir Qazipur sözlərinin sonunda Urmiyə-Marağa dəmiryolu layihəsində işlərin yekunlaşmamasına sərt etiraz edərək bu vəziyyəti qəbuledilməz adlandırıb.(turkustan.info)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300