Almaniyadan xalqı boykota çağıran müğənni danışdı – ÖZƏL MÜSAHİBƏ
 
Qismət Məmmədzadə: "Sığınacaq almaq üçün yetərli səbəblərim var idi”


Bu günlərdə müğənni Qismət Məmmədzadə öz facebook səhfəsində xalqı boykota çağırdı. O, 31 dekabr gecəsi insanları bulvarda bayram tədbirinə getməməyə səslədi. Müğənni statusunda ölkədəki böhrana baxmayaraq, hökumətin Milli Parkda atəşfəşanlıq keçirməklə xalqın pullarını havaya sovurduğunu yazmış, buna görə xalqı həmin atəşfəşanlığa getməməyə səsləmişdi. 

Müğənninin bu çağırışı cəmiyyətdə birmənalı qarşılanmadı. Artıq xeyli vaxtdır Almaniyaya mühacirət etmiş Q.Məmmədzadənin facebookda belə çağırışlar etməsini onun siyası sığınacaq almaq niyyəti ilə əlaqələndirənlər var. Azərbaycanda yaşadığı vaxtlarda bir dəfə də olsun haqsızlığa öz etirazını bildirməyən müğənninin qəfil "dissidentliyi” nəzərlərdən qaçmır. "Qismət niyə Azərbaycanda olanda ağzına su alıb oturmuşdu, bu qədər çatışmazlıqların olduğunu Almaniyaya gedəndən sonra bildi?!” – deyə ona irad tutanlar var. 

Bu iradlara, ittihamlara cavab almaq üçün Q.Məmmədzadədən facebook vasitəsilə müsahibə aldıq. 



"Azərbaycanda normal iqtidar olmadığı kimi, normal müxalifət də yoxdu” 



- Artıq bir aydan çoxdur ki, Almaniyadayam. Facebookda paylaşdığım statusların tarixi çox daha köhnədir, əvvəllərə dayanır. Bu cür absurd fikirlər səslındirənlər əvvəlcə facebook səhfəmə diqqətlə baxsınlar. Bir insana çamur atmaq çox asandır. İnsanları vicdanlı olmağa çağırıram.


Boykot çağırışına görə heç kəsə siyasi sığınacaq verilmir və mənim də bu cür məqsədim yoxdur, məlumat yanlışdır. Siyasi sığınacaq almağım üçün yetərli səbəblərim var idi.


Çox istərdim ki, mənim boykot çağırışımı digər mətbuat orqanları da paylaşsın. Səsimiz nə qədər çox yayılsa, bir o qədər xeyirdir. Mən Azərbaycan xalqının yaxşı yaşamasını, yaxşı bir hakimiyyətə, dövlətə sahib olmasını istəyən şəxslərdənəm. Hamı insanları küçələrə çıxıb etiraz etməyə çağırır. Bilirəm ki, bu, çətindir, çünki insanlar qorxur. Mən də heç olmasa küçəyə çıxmayıb etiraz etməyə çağırıram.



"Müsavatın emblemini örtük şəkli etməyimin səbəbi Rəsulzadəyə olan sevgimdi” 


- Suallar səslənir ki, niyə Avropaya getməzdən öncə bu cür çıxışlar, çağırışlar etmirdi? Həmçinin Azərbaycanda olanda boykota çağırdığınız konsertlərdə yaxından iştirak etmisiniz?


- Əlbəttə, əvvəllər olub ki, o cür konsertlərdə iştirak etmişəm, bu, 2010-cu ilədək olub.
Mənim zatən başıma nə gəlirdisə, o konsertlərə etiraz etməyim üzündən gəlirdi.


- Facebook səhfənizin örtük şəkili Müsavatın emblemidir. Bu partiyanın üzvüsüz?


- Heç bir partiyanın üzvü deyiləm. Azərbaycanda iqtidar anormal olduğu kimi, müxalifət də anormaldır, onların da söz haqqı yoxdur, bir çoxları da sadəcə gözdən pərdə asmaq üçün var. Buna görə də hansısa partiyanın üzvü olmaq niyyətim yoxdur. Müsavatın emblemini örtük şəkli etməyə gəlincə, bu, sırf  M.Ə.Rəsulzadəyə olan sevgimdən irəli gəlir. Rəsulzadə olan yerdə Müsavatın adı mütləqdir. Müsavata sayğım sırf bu üzdəndir.


- Almaniyaya getməkdə məqsədiniz nə olub?


- Bundan öncə də mətbuata bildirmişdim ki, bu, ailəmin səhhəti ilə bağlı məsələ olub.



"Bu gün boykota çğırdığım konsertlərdə əvvəllər mən də oxumuşam” 



- Vətənə dönmək ehtimalınız varmı?


- Son günlər Azərbaycanda baş verən iqtisadi böhran - manatın devalvasiyası, bahalığın yaranması insanı düşünməyə vadar edir - görəsən geri dönməyə dəyərmi? Azərbaycanda pul qazanmaq demək olar ki, məhdudlaşıb. Devalvasiyanın da davam edəcəyini düşünərək bu məsələ barəsində tərəddüd edirəm.
Zatən ötən ilin aprel aylarından Azərbaycan televiziyalarında mənə qarşı qadağalar qoyulmuş, fəaliyyətim ciddi şəkildə məhdudlaşdırılmışdı. Hətta getdiyim məclislərdə də mənə qarşı süni əngəllər yaradılırdı. Ona görə düşünürəm, "dəyərmi?”  deyə...


- Almaniyada iş təklifləri almısınızmı?


- 2011-ci ildə Avropa ölkələrinin birində yaşadım, çoxlu sayda dost-tanışlar qazandım. Buna görə də müxtəlif iş təklifləri almışam, sadəcə ətraflı düşünüb fikirləşməliyəm. İnsanın, xüsusən də müğənninin həyatını yenidən başlaması heç də asan deyil...



Xalidə GƏRAY
Musavat.com 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300