"TƏLƏBƏLƏRİN ÖLDÜYÜ AVTOBUS ƏSLİNDƏ, YÜK MAŞINIDIR”

 

FACİƏYƏ GÖRƏ NAZİRLİK VƏ POLİS MƏSULİYYƏT DAŞIYIR; BAKI-SUMQAYIT YOLUNDAKI KAMİKADZELƏR

 

 

Bu gün Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzanın səbəbləri, bu hadisədə kimlərin günahkar olması müzakirə mövzusuna çevrilib.

Əsas müzakirə olunan məqam isə maksimum 16 nəfər üçün nəzərdə tutulmuş "Ford Transit” markalı mikroavtobusda 28 sərnişinin olmasıdır. Səhiyyə Nazirliyinin açıqlamasına görə, hadisə zamanı avtobusda ümumilikdə 28 nəfər olub. Hər kəs "necə olur ki, 16 nəfərlik avtobusdan 5 ölü, 20 yaralı çıxır” deyə suallar səsləndirir.

 

BakiPost.az-ın əməkdaşı məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb.

 

O, Bakı-Sumqayıt yolunda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri ilə bağlı şok detallar açıqlayıb. Ekspertin sözlərinə görə, Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin aparan nəqliyyat vasitələrinin əksəriyyəti yük maşınlarıdır:"Həmin avtomobillərin əksəriyyəti yük avtomobilləridir. Bundan əlavə, sürücülər həmin maşınlarda özbaşına konstruksiya dəyişikliyi ediblər. Hətta elələri var ki, həyasızcasına həmin yük avtomobilinin qeydiyyat şəhadətnaməsini cibində gəzdirir. O şəhadətnamədə yük avtomobili yazılıb, amma sərnişin daşıyırlar. Hətta sərnişin daşıma üçün nəzərdə tutulan avtomobillərin də əksəriyyətində konstruksiya dəyişikliyi edilir. O maşını zavod 13, 15 nəfərlik buraxır. Amma düzürlər oturacaqları və 18, 20 və daha artıq adam aparırlar. Konstruksiyaları da dəyişildiyi üçün həmin maşınlar qəzaya düşəndə ölü və yaralı sayı bir az da artır. Mikroavtobusda istehsalçının müəyyən etdiyi sayda oturacaqlar olmalıdır. Oturacaqlar təhlükəsizlik kəməri ilə təchiz edilmiş olmalıdır. Belə olan halda qəzanın nəticələri minimuma enir. Amma yoxdur bu. Olmadığı üçün də belə faciələr yaranır...”

 

Ərşad Hüseynovun sözlərinə görə, bu özbaşınalıq illərdir davam edir:"Bu , faciədir, özbaşınalıqdır. Bu, illərdir davam edən vəhşilikdir. Buna göz yumulur. Hətta nəinki göz yumulmur, əksinə buna şərait də yaradılır. Bakı-Sumqayıt arasında bu daşımalar uzun müddətdir davam edir. 20 Yanvar metrostansiyasının ətrafında Bakı-Sumqayıt yolunun sürücüləri nə hoqqalardan çıxır, hamı bunu gözəl bilir.

 

Nəqliyyat Nazirliyi vaxtilə buna nəzarət etməli idi. Çünki bu tipli daşımalara görə məsul olan qurum Nəqliyyat Nazirliyidir. Daha sonra buna polis nəzarət etməlidir. Təkcə DYP yox, polisin bütün xidmətləri.

 

20 Yanvar ətrafına Bakı-Sumqayıt yolunda "meymunluq” edənlər hətta özlərinə qanunsuz avtovağzal da yaradıblar. Oradan da işləyirlər. Şəxsən mən bunun dəfələrlə şahidi olmuşam. Yığışdırılması üçün müraciət etmişəm. Mətbuatda işıqlandırmışam. Onlarda nəinki sürücülük, heç insanlıq əlamətləri yoxdur. Kamikadze kimi aparırlar özlərini. Nəticəsi də göz qabağındadır”.

 

Nigar Etibar, Bakı Post

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300