Sürücü körpünün üzərində kobud qayda pozaraq başqa bir "Ford"u ötmək istəyirmiş.

Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb. Avtosfer.az xəbər verir ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb.

"ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb. Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır.

Bu arada Avtosfer.az qəzanın başvermə anının və səbəbini açıq-aşkar əks etdirən görüntüləri əldə edib. Görüntülərdən məlum olur ki, qəzaya düşən qırmızı rəngli "Ford"ün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. Göründüyü kimi, o, digər "Ford"u ötməyə çalışır. Özü də sağdan. Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl "ZİL" markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. "ZİL"in sürücüsü maşını körpüdə saxlayaraq guya təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, "Ford" ötmə əməliyyatı edəndən sonar sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir. Əvvəl yoldaki mişar daşlarına dəyən "Ford" daha sonra sol tətəfdən "ZİL"ə çırpılıb.

Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Namiq Hüseynov uzun illərdir "Ford" sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib. Bu dəfə isə sözsüz ki, onun cəriməsi daha ağır olacaq – həbsxana…

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300