QDEVAMM –nin təsisçisi Azər Ramizoğlu siyasi məhbusların ailələrinə maddi və mənəvi dəstək olmaq üçün kompaniya keçirir.Kompaniyanın məqsədi barədə Azər Ramizoğlu xeberman.com-a bildirib ki, ölkəni işğal etmiş azğın dəstənin xalqla elan edilməmiş müharibəsi artıq özünün pik həddinə çatmışdır. Xalqın 160- dan çox dəyərli, mübariz nümayəndəsi şər-böhtan və qanunsuzluqla zindanlara atılmış, bütün dünya tərəfindən siyasi məhbus kimi tanınırlar. Onlar bu gün işğalçılarla mübarizənin ən ön cəbhəsindədirlər, səngərdəki əsgərlərimiz və şəhid olanlarımızla bir sıranı bölüşürlər. Bu mübariz, xalqını düşünən insanların yeganə təqsiri rejimin cinayətlərinə qarşı susmamaqları, bütün insanların vətəndaş haqqları uğrunda mübarizə aparmaqları olmuşdur. Lakin bizlər bu gün, hər birimizin gələcəyi və hüquqları uğrunda mübarizə aparıb zindanlarda əziyyət çəkən insanlarımıza yiyə dura biləcək qədər vətəndaş cəmiyyəti formalaşdıra bilməmiş, boynumuzda haqqı olan, hər əzaba dözən insanlara lazımı dəstəyi verə bilmirik. Rejimin bu insanlara zülm eləməyinin də əsas məqsədi xalqı qorxutmaq, məhbusların özlərinə və ailələrinə edilən əziyyətləri nümayiş etdirərək başqalarını müqavimət göstərməkdən çəkindirməkdir. Belə olan surətdə bizim də vəzifəmiz siyasi məhbusların və ailələrinin durumunu daim nəzərdə saxlamaq, onlara əlimizdən gələn yardımı etməkdir. Bilirik ki, bunun üçün maddi imkan, pul lazımdır.

Siyasi məhbuslara və ailələrinə cəmiyyətin yardımı və diqqəti eyni zamanda qaniçən rejimin də planlarını pozar, ləyaqətli insanların arxasında xalqın dayandığını görüb daha çox mübariz ruhiyyəli insan səsini çıxarmaqdan çəkinməz.160 nəfər siyasi məhbusun hərəsinin ailəsinə ayda ilk əvvəl heç olmasa 500- 600 manat yardım olunması üçün təqribən 8 min düşünən insanın ayda 10 dollar iyanə etməsi kifayət edərdi. Bunun üçün bir qeydiyyatsız filansız fond yaradıb, cəmiyyətin saf, inanılmış insanlarından 5 nəfərin nəzarət komisiyyasında iştirakı kifayət edərdi. Dəyərli gənclərimiz, mübariz oğullarımız bu işi öhdələrinə götürsələr inanıram ki, 1-2 aya vəziyyət tam dəyişər və bu daha çox insanda mübarizə ruhunun oyanmasına və inamsızlığın aradan qalxmasına yardım edər. Öz tərəfimdən ilk 10 nəfərin bu lazımlı işə qoşulmasını təmin edə bilərəm. Həm də şəri-vəzifə kimi də bu iş boynumuzdadır.

Sonda Azər Ramizoğlu qeyd etdi ki, hüquq müdafiəçisi Vidadi İsgəndərlidə bu təşəbbüsə qoşulub.

Siyasi məhbus ailələrinin kordinatırı Zümrüd Yağmur Azər Ramizoğlunu siyasi məhbus ailələrinə iyanə kompaniyasını dəstəklədiyini xeberman.com saytına bildirdi. O,bu kompaniyaya ictimai dəstək olacağını bildirib.
Картинки по запросу polad aslanov

QDEVAMM-nin sədri Polad Aslanov Azər Ramizoğlunun başlatdığı siyasi məhbus ailələrinə iyanə kompaniyasını dəstəklədiyini və bu kompaniyada yaxından iştirak etdiyini xeberman.com-a bildirib. Polad Aslanov bildirib ki, Azər Ramizoğlunun başlatdığı bu kompaniyaya hər bir kəsin bu işdə maddi və mənəvi dəstək olmağı vacibdi.
REAL hərəkatının üzvü politoloq Kəlam Hüseynovda Azər Ramizoğlunun başlatdığı siyasi məhbus ailələrinə iyanə kompaniyasını eşidəndən çox sevindiyini bildirdi və inanır ki, bu kompaniya Azərbaycanın siyasi və ictimai həyatında böyük dönüş nöqtəsi olacaq.İnsanlar adətən həbslərdən ona görə qorxur ki, arxasında böyük maddi yük qoyur. Buna görə də bir çoxları öz haqq səsini çıxarmır. İnanıram ki, bu kompaniya başlayandan sonra Azərbaycanın siyasi həyatında böyük dönüş olacaq.Buna görə də mən Azər Ramizoğlunun başlatdığı bu kompaniyaya hər cür dəstək olacağımı bildirirəm.


Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300