"Son günlər Milli Məclisin deputatı Arif Rəhimzadənin azərbaycanlıların türk kimliyini israrlı şəkildə danması faktı mənə bir tarixi məqamı xatırlatdı. Biz 2012-ci il yanvarın 26-da Ankarada TÜRKSOY-un baş iqamətgahında olanda Arif Rəhimzadə oraya Türk Dünyası Ağsaqqallar Şurasının üzvü kimi təşrif buyurmuşdu”.

Uluyol.info xəbər verir ki, bu açıqlama ilə "Türküstan” qəzetinin baş redaktoru Aqil Camal çıxış edib.

A.Camal bildirib ki, qeyd olunan tarixdə Türk Dövlətləri Mədəniyyət Təşkilatı olan TÜRKSOY-un Ankaradakı baş iqamətgahında keçirilən böyük toplantıda A.Rəhimzadə də iştirak edib:

"TÜRKSOY-da həm Mirzə Fətəli Axundzadə ili ilə bağlı toplantı keçirilirdi. Həmçinin, bizə – Türk dünyası mediasından bir sıra şəxslərə TÜRKSOY-un media ödülü təqdim olunurdu. Mədəniyyət nazirləri də orada idi. Tədbirin gedişində Arif Rəhimzadə Azərbaycan Ağsaqqalar Şurasının sədri Fəttah Heydərovun yanında TÜRKSOY iqamətgahında göründü. O zaman Fəttah müəllimlə ayaq üstü söhbət zamanı o mənə bildirdi ki, biz Türk Dünyası Ağsaqqallar Şurasını təmsilən buradayıq. Yəni, Arif Rəhimzadə də. Onlar tədbirdə iştirak etdilər. Hətta Arif Rəhimzadəyə içərisində TÜRKSOY-un nəşrləri və hədiyyəsi olan çanta da təqdim olundu”.


Baş redaktor bildirir ki, o zaman A.Rəhimzadəni TÜRKSOY iqamətgahında görərkən təəccüblənib: "Çünkü, Arif Rəhimzadənin mahiyyətinə, düşüncəsinə bələd olduğum üçün onu orada yad element kimi görmüşdüm. Bu baxımdan, bu gün onun açıqlamaları mənə təəccüblü gəlmir. Sadəcə, təəssüf edirəm ki, o zaman TÜRKSOY iqamətgahında Arif Rəhimzadəyə "Türk kimliyimizi danırsansa, TÜRKSOY-da nə işin var” deməmişəm”.(Turkustan.info)


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300