"Azərbaycan və Ermənistan prezidentləri xalqlarını sülhə hazırlamalıdırlar. Anlamaq zəruridir ki, Dağlıq Qarabağın statusu müzakirə edilməlidir, lakin bununla birlikdə, ərazilərin Azərbaycana qaytarılmasından danışmaq lazımdır. Hər iki prezident irəli getməyə hazır olmalıdır. Hər ikisi - yalnız biri, yaxud digəri sülhün vaxtının çatmasına qərar verməməlidir. Sülh isə risklə bağlıdır”.

 

Uluyol.info xəbər verir ki, bunu "Amerikanın Səsi”nə müsahibəsində ATƏT-in Minsk qrupunun keçmiş amerikalı həmsədrli Ceyms Uorlik deyib.

 

"Mən insanları eşitmək istərdim, çünki Ermənistanda və Azərbaycanda insanlar hesab edirlər ki, sülhün və prezidentləri tənzimlənmə yolu ilə getməyə vadar etməyin vaxtı çatıb”, - Uorlik qeyd edib və əlavə edib ki, onun təəssüratlarına görə, Ermənistan və Azərbaycan liderləri münaqişənin bərpasının çox təhlükəli olmasını dərk edirlər.

 

"Bu günə kimi də məlum deyil ki, Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində nə baş verir. Belə ki, kimin ilk atəşi açması barədə dəqiq məlumat verəcək müstəqil informasiya qaynağı yoxdur. Ötən ilin aprelində çoxsaylı itkilər olmuşdu, bu günə qədər də qurbanların dəqiq sayı məlum deyil”, - Uorlik bildirib.

 

Onun sözlərinə görə, "status-kvo”nun qorunub saxlanması sülhə gətirməyəcək. "Status-kvo” qeyri-sabitdir, o, müharibə təhlükəsini daha inandırıcı edir, sülh isə regionda hər şeyi dəyişəcək. Bu, Ermənistana yeni imkanlar açacaq, iqtisadi artıma səbəb olacaq”, - Uorlik əlavə edib.

 

Keçmiş həmsədr hesab edir ki, tənzimlənmə yolunda əsas maneə tərəflərdə siyasi iradəsinin çatışmamasıdır.

 

Uluyol.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300