Türkiyənin baş naziri Binəli Yıldırımın mühafizəçisi olan 17 polis əməkdaşı yedikləri yeməkdən zəhərlənib.
Hadisə baş nazirin İzmir şəhərinə etdiyi səfər zamanı baş verib. Zəhərlənən polis mühafizəçilər xəstəxanaya yerləşdirilib.
Hazırda faktla bağlı araşdırma aparılır. (azvision)