Qarabağ Azadlıq Təşkilatının (QAT) ofisində tanınmış özbək tarixçisi Şuxrat Barlasla görüş keçirilib.

Şuxrat Barlas erməni millətçiləri və terror təşkilatlarının Orta Asiya və Azərbaycanda törətdikləri qanlı olaylar, Azərbaycana qarşı Ermənistan tərəfindən törədilən işğal və təcavüz siyasəti, Qarabağ müharibəsi ilə bağlı bir neçə kitabın, onlarla məqalənin müəllifidir.

O, bu əsərlərinə görə öz ölkəsində ermənilərin haqsız təzyiqlərinə və təqiblərinə məruz qalıb, ermənilər hətta ona qarşı cinayət işinin açılmasına nail olublar, lakin Özbəkistan məhkəməsi onun haqqında ədalətli qərar çıxararaq, sərbəst buraxıb. Şuxrat bəy Azərbaycanla sıx bağlı olan insandır. Bu günlərdə növbəti dəfə Bakıya gəlib. QAT-ın ofisində onunla isti və səmimi söhbət olub. Təşkilatın rəhbəri Akif Nağı onun həyat, mübarizə yolu, elmi fəaliyyəti ilə bağlı məlumat verib. Sonra Şuxrat Barlas öz yaradıcılığından danışıb, Azərbaycana, Özbəkistandakı Azərbaycan diasporuna ona göstəridikləri dəstəyə görə təşəkkürlərini çatdırıb. Sonra qonaq görüş iştirakçılarının suallarını cavablandırıb. Akif Nağı qonağa QAT-ın fəxri diplomunu, Qarabağa dair kitabları, sənədli filmin diskini təqdim edib.


Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300