Masonlar… Bu sözə son illərdə mətbuatda çox rast gəlirik. "Dünyanı idarə edən gizli şəbəkə” kimi təqdim edilən masonluq haqqında çoxlu əfsanələr, miflər dolaşır.  Bu gün dünyada elə bir ölkə yoxdur ki, orada özünü "azad bənna” adlandıran kimsə olmasın. Avropada, Amerikada, Asiyada, Afrikada – hər yerdə siz pərgar, üçbucaq, piramida təsvirli binalar görə bilərsiz. Bu, onların məşhur simvollarıdır. Bakıda da belə simvollar yetərincədir. İstər tarixi, istər müasir tikililərdə mason simvollarına rast gəlmək mümkündür.

Belə tikililərdən bir neçəsini oxucularına təqdim edirik:

1. Səadət Sarayı və ya Muxtarovun evi — Bakı  milyonçusu Murtuza Muxtarovun 1911-1912-ci illərdə yəhudi mənşəli həyat yoldaşı Liza xanım üçün inşa etdirdiyi saray. Sarayın layihə müəllifi polyak mənşəli memar İosif Ploşkodur. Sarayın üzərində olan mason, illimunatı simvolları və Davud ulduzu aşkar şəkildə görünür. 

2. Sarayın bir sütunun görüntüsü. Sütunun yuxarı hissəsində Davud ulduzu açıq formada görünür.

3. Sarayın başqa bir sütununun görüntüsü. Sütunun yuxarı və aşağı hissəsində yenidən illimunatlar görsənir.

4. Sarayın günbəzlərindən biri. Günbəz üzərində "M” hərfi aydın seçilir. Masonluğun baş hərfi kimi sarayın binasına həkk edilib.

5. Sarayın divarlarının müxtəlif yerlərində əks olunan əjdaha simvolu. Bu, qədimiliyi bildirir. Qədimilik isə mason inanclarına görə müqəddəs dəyərlərdəndirilir.

6. Şəkildə gördüyünüz aslan başı Bakının bir çox fontanlarında, körpülərində yer alıb. Simvol yəhudi totemlərindən biridir. Bu, mason, illimunat və s. kimi gizli şəbəkələrdə simvol formasında istifadə olunur.


7. Koroğlu metrosu. Metro piramida şəklində inşa olunub. Bu isə masonların ən çox istifadə etdiyi simvoldur. Piramida forması həm də masonların idarəçilik üsuludur.


8. İçərişəhər metrosu. Bu metro da piramida şəklində inşa olunub. Əvvəlki şəkildə qeyd olunduğu kimi bu, masonların ən məşhur simvollarından biridir. Artıq Bakıda bu formada olan tikililərin sayı artmaqdadır.

9. Məşhur mason sütunları. Şəhərimizin bir çox yeni tikilən tikililərində tez-tez rast gəlmək olar. Onlardan biri "Filarmoniya” bağındakı fəvvarənin ətrafında bu sütunlar görünür. Sütunların hər biri mason görüşlərində iştirak edənlərin durduğu yerdir. 


Pərviz
Fotolar Orxan Ruslan
Qaynar.info

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300