Bu günlərdə redaksiyamıza daxil olan bir şikayət məktubunda yazılanlara aydınlıq gətirmək üçün Neftçala rayonuna ezamiyyətə yollandım. Redaksiyamıza daxil olan şikayət məktubu Gültəkin xanımla bağlı idi. Şikayət məktubunda Gültəkin xanımın özbaşınalıqlarından, onun baxça müdirələrinə qoyduğu şərtlərdən bəhs edir. Bir uşağın rayonda baxça müdirələrindən biriylə görüşdük. Adının çəkilməsini istəməyən müdirə xanım bizə bildirdi ki, bizdə göstəriş elə verilir başqa çıxış yolumuz yoxdur. Kim verilən əmri icra etməsə işdən azad olunur. Çünki yığılan pullar icra hakimiyyətində Gültəkin xanıma çatır. Hətta bağca müdirəsi iddia edir ki, bağçalara uşaqlar üçün nəzərdə tutulan qidalar uşaqlara demək olar ki, verilmir. Xanımla söhbətdən sonra Neftçala camaatı ilə görüşmək, dərd-sərlərin, güzaranların öyrənmək qərarına gəldim. Rayondakı vəziyyətdən şikayətçi olanların, ən böyük gileyləri də, elə icra hakimiyyəti humanitar şöbənin müdiri Gültəkin Sadıqovadan oldu.

Neftçala camaatının dilindən eşitdim ki, Gültəkin xanımın vəzifə gözünü elə tutub ki, artıq özünü rayonun "birinci xanımı”, "xaç anası” kimi titullarla mükafatlandırıb. Əyalətlərdə işləyən məmurlar bir şeyi də anlamalıdırlar ki, onların vəzifəsi heç də öz güzaranların qurmaq, rayonu talamaq deyil, xalqa xidmətdir. Neftçalaya getməzdən əvvəl də, oradakı vəziyyəti bilərəkdən bu səfərə razılıq vermişdim, zatən. Deyilənlərin, nə dərəcədə həqiqət olduğunu öz gözlərimlə gördüm. Sizə Gültəkin xanımın "qüdrəti” ilə bağlı bir faktı da deyim: deyilənlərə görə, onun Aytəkin adlı bacısının diplomu Təhsil Nazirliyi tərəfindən təsdiq olunmasa da, rayon məktədlərinin birində direktor işləyir. Rayonda olduğum müddətdə bir çox şeyləri öyrənməyə müvəffəq oldum. Məsələn, rayon sakinlərinin dediyinə görə, xanım Sadıqovanın Əjdər Kərimovla birlikdə həyata keçirdiyi işlər isə nəticə etibarı ilə Neftçala təhsilini bərbad vəziyyətə salınıb. Mənbələr vurğulayırlar ki,dərs saatlarının bölüşdürülməsi və hətta ən incə məqamlar belə icra başçısının müavini isə məsləhətli şəkildə həyata keçirilir. Neftçala təhsil şöbəsinin müdiri Əjdər Kərimovun uzun müddətdir vəzifə başında qalmasında da Gültəkin Sadıqovanın mühüm rolunun olduğu deyilir. Xatırladaq ki, hələ bir neçə il əvvəl xanım Sadıqovanın adı pulyığma olayına qarışmışdı. Həmin vaxt mətbuat yazırdı ki, rayonda bütün idarə və müəssisələrdən «xərac» toplanılır və prosesə isə icra başçısının müavini rəhbərlik edir. Buna səbəb kimi müavinin pulyığma işində ciddi «təcrübəyə» malik olması göstərilirdi. Gülücdə olsa bunu yazmağa qərar verdim.

Rayon camaatının bildirdiyinə görə, Neftçala rayonunda Gültəkin xanımın həyat yoldaşı Abı Sadıqov yol polisi əməkdaşları tərəfindən saxlanılıb. O, polis əməkdaşlarına bildirib ki, məni tanımadınız mən xanımın əriyəm.

Sonda xatırladmaq istəyirəm ki, 4 Mart axşam saatlarında Gültəkin xanımın həyat yoldaşı Abı Sadıqov Kia Sportages” (99-XA-599) markalı avtomaşını sərxoş vəziyyətdə idarə edərkən, Neftçala şəhəri Nizami küçəsindəki lombardın qarşısında dayanmış 90-SK-242 dövlət nömrə nişanlı, rayon sakini Abasqulu Hümmətova məxsus "VAZ 21011” markalı avtomaşına çırpılıb.Nəticədə, qəza nəticəsində "011”ə xeyli ziyan dəysə də, "Kia Sportages” markalı avtomaşın qəza yerində dayanmayaraq uzaqlaşıb. Çox güman ki, bu səfərdə Abasqulu Hümmətova (rayonda Əliqulu kimi tanınan) deyib ki, mən xanımın əriyəm dayana bilmərəm.(BakuNews.Az)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300