"Azad Azərbaycan” Televiziyasının (ATV) yayımında problem yaranıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleradio İB) baş direktoru Əflatun Şərifov APA-ya faktı təsdiqləyərək bildirib ki, ATV telekanalından Teleradio İB-yə siqnal daxil olmadığı üçün ATV nə rəqəmsal, nə də peykdə yayımlanır.

 

"Əgər problem bizim tərəfimizdən olsaydı, yerdə qalan digər telekanalların da yayımı dayanardı. Yalnız ATV telekanalından bizə siqnal daxil olmur. Siqnal bizə daxil olmalıdır ki, biz onu həm rəqəmsala, həm peykə verə bilək. Digər telekanallar normal qaydada yayımlanır. Yaxşı olardı ki, ATV telekanalı bu məsələyə aydınlıq gətirsin”, - deyə baş direktor qeyd edib.

***

"Azad Azərbaycan” Televiziyası (ATV) yayımında yaranan problemə münasibət bildirib.

Telekanaldan verilən məlumata görə, 38 saylı ATS tərəfindən görülən profilaktik tədbir zamanı qəza baş verib, nəticədə kanalın və FM radiolarının yayım üçün çıxış rolu oynayan kabelləri yanlışlıqla zədələnib.

"Aidiyyəti qurumlardan verilən məlumata görə ən qısa zamanda problem aradan qaldırılacaq və yayımlar bərpa olunacaq”, - deyə bildirilib.

O da qeyd olunub ki, ATV telekanalı ilə yanaşı 106 və 106.3 FM radiolarının yayımı da dayanıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300