Beynəlxalq ictimaiyyət 20 il boyunca Dağlıq Qarabağ və digər əraziləri Azərbaycan torpağı olaraq qəbul edir. Nə vaxt "status-kvo”dan danışılır, o zaman ərazilərin hüquqi sahibinin Azərbaycan olduğu deyilir və qeyd olunur ki, bölgədə münaqişə davam edir. Azərbaycan daim vurğulayır ki, "biz ərazi bütövlüyümüzün bərpası üçün bütün arsenalımızı tətbiq etmək hüququna malikik”. Ermənistandan fərqli olaraq, Azərbaycanın hər sözü beynəlxalq hüquq tərəfindən tanınır. Lakin Ermənistanın Qarabağ üzərində hansı hüququ var? Bu məsələ haqda heç kim danışmır.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda milli tədqiqatlar mərkəzinin direktoru, politoloq Manvel Sərkisyan deyib.

Sərkisyan Ermənistanın əsas probleminin bu olduğunu bildirib.

Erməni politoloq XİN rəhbəri Edvard Nalbəndyanın "bu ilin sonuna kimi Qarabağı (qondarma "DQR”- red.) bir ölkə tanıyacaq” açıqlamasının pafos olduğunu da bildirib.

"Nalbəndyan Qarabağın tanınması üçün hansısa strategiyanın olmasından danışırsa, deməli, bu yalandır”, - deyə o bildirib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300