İŞİD Çin hakimiyyətinə video müraciət ünvanlayaraq ölkəni "qana bulamaqla” təhdid edib.
Avropa.info xəbər verir ki, silahlılar tərəfindən hazırlanmış videoda Çinin birinci katibi Si Tzisipinin portreti alovlar içində yanır, Çin dövləti isə "qan gölü”nə çevrilməklə təhdid edilir.
Xatırladaq ki, 2015-ci ildə İŞİD uyğur dilində müraciət yayaraq uyğurları Suriyaya döyüşməyə çağırmışdı.