Tikinti məhsulları üçün vergilər 2 dəfə artırıldı
 
Yanvarın 1-dən Azərbaycanda mədən vergisi artırılıb. "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2015-ci il 20 oktyabr tarixli qanunda əksini tapıb.
 
İndiyə qədər mədən vergisinə cəlb edilən qeyri-filiz faydalı qazıntılarından seolit, barit, mişar daşları, çınqıl xammalı, yüngül doldurucular (keramzit, aqloporit) istehsalı üçün gillər, bentonit gilləri, kərpic-kirəmit gilləri, vulkan külü və pemza, kvars qumları, tikinti qumları, sement xammalının (əhəng daşı, mergel, gil, vulkan külü)  hər 1 kubmetri üçün 0,5 manat mədən vergisi tutulub. Yanvarın 1-dən bu qeyri-filiz qazıntıları ilə bağlı mədən vergisi 2 dəfə artırılır, hər 1 kubmetr üçün 1 manat mədən vergisi tutulacaq. Qiymətli və yarımqiymətli bəzək daşları üçün mədən vergisi vergi 4 manatdan 6 manata qaldırılıb. Üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı) üçün vergi isə dəyişdirilməyib. Üzlük daşlarının hər 1 kubmetri üçün yenə də 1 manat vergi alınacaq.
 
Qanuna əsasəq 1 yanvar 2016-cı ildən duz, yodlu-bromlu sular və mineral suların hər 1 kubmetrinə tətbiq olunan mədən vergiləri də artırılıb.  Duz üçün mədən vergisi 4 manatdan 6 manata, yodlu-bromlu sular üçün mədən vergisi 0,02 manatdan 0,04 manata, mineral sular üçün mədən vergisi 6 manatdan 10 manata qaldırılıb. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300