Rusiyada 18 yaşlılar arasında keçirilən futbol çempionatı turu çərçivəsində Qroznıda baş tutan oyunda "Ufa” komandası sensasiyalı şəkildə rəqibi "Terek”ə qalib gəlib.
Axar.az xəbər verir ki, "Ufa” bundan öncə də "Anji”yə 1:0 hesabı ilə qalib gəlmişdi.
"Terek”lə matçda penalti zərbəsinin qarşısını alan başqırd qapıçı Aleksandr Belenev isə oyunun qəhrəmanına çevrilib.
Bu, liqa çərçivəsində Belenevin qaytardığı 4-cü penaltidir. Yalnız rusiyalı futbolçu Aleksandr Səmədov başqırd qapıçını ram edə bilib.
O, bu vaxta qədər 5 penaltidən 4-nü dəf etməyi bacaran yeganə qapıçıdır.