"İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir"
BakiPost.az-ın məlumatına görə, bunu Tehranda İran Prezidenti Həsən Ruhani Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib.
"İran həmişə bütün ölkələrin, həmçinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.Ümid edirəm ki, Dağlıq Qarabağ münaqişəsi siyasi danışıqlar yolu ilə həll olunacaq", - deyə İran prezidenti bildirib.
Həsən Ruhani iki ölkə arasında əlaqələrin gündən-günə inkişaf edəcəyinə ümidvar olduğunu söyləyib.