İcra başçısı kənd qəbirsanlığının satılmasına göz
yummasının səbəbi nədir...
Qanundan kənar baş verən hadisələrin fəsadlarını aradan qaldırmağa qanunla
borclu olan icra başçısı, əvəzində uzun illərdir əlaqədə olduğu "mediadakı
dostları” vasitəsilə rəhbərlik etdiyi rayondakı problemlərə ictimai nəzarəti
yönəldən media orqanlarına "təsir etməyə” üstünlük verir.
«Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini
apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların, necə deyərlər,
güvəndiyi adamları mən təyin eləmişəm vəzifəyə. Mən də çıxardacağam, lazım
bildikdə. Bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq eləyir,
nadanlıq eləyir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən
qovulacaq». Bu sözləri Prezident İlham Əliyev hər dəfə çıxışında deyib. Bu söz
o zaman, yerində və vaxtında deyildi ki, dövləti vəzifədən istifadə etməklə
kulli miqdarda sərvətə sahiblənmiş məmurların övladları sözün əsl mənasında
sağalmaz virus kimi təhlükəli idilər. Belə şəxslərin özləri və valideynləri ilə
bağlı ölkə başçısının atdığı təqdirəlayiq addımlardan sonra problem tam olmasa
da, hiss ediləcək qədər azaldı. Məsələnin ən qəribə tərəfi isə indi həmin "tipləri”
əsasən əyalətlərdə yerli icra başçılarına güvənərək özlərini "şımarıq çocuq”
kimi aparan bəzi qurum rəhbərləri əvəzləyiblər. Xalqxeber.Az olaraq dəfələrlə
qeyd etmişik – İmişli rayonu sanki idarəolunmaz məkandır. Burada Maliyyə idarəsinin
rəisi Rəhim Rəhimov toyda adam döyür, xuliqanlıq edir, görəvindən alınır, lakin
bir neçə ay sonra heç nə olmamış kimi yenidən görəvinə qayıdır. Vilyam Hacıyev
isə seyr edir və susur. Görəsən niyə? Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe
olan İmişli Suvarma Sistemləri idarəsindən alınan arayışa əsasən rayon mərkəzindən
keçən MTS adlı kanalın üstündə və mühafizə zolağında müxtəlif təyinatlı obyektlər
tikilir, kanalın məcrası üfunət qoxuyan zibilliyə çevrilir və idarə rəisi gizlətmədən
- "mən kiməm, tikintiyə icazə sərəncamını Vilyam Hacıyev verir” – deyə
açıqcasına məsələnin nədənini söyləyir, yenə də Vilyam Hacıyev susur. Rəsullu,
Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanov
rayonun Rəsullu kənd sakinləri Şükürov Şahverdi Mehdi oğlunun və Şükürov Hikmət
Fikrət oğlunun üstünə silah çəkir, kənd sakinləri etiraz əlaməti olaraq İcra
Hakimiyyətinin binası qarşısına yürüş edirlər. Rəsullu kənd sakini Mehdi
Şükürovun İmişli rayon prokuroruna və İmişli RPİ-nin rəisinə ünvanladığı şikayət
ərizəsində bələdiyyə sədri Qəhrəman Qəhrəmanovun onun oğlunu və qardaşı oğlunu
avtomat silahla hədələyərək "rayonda kimsə qarşımda at oynada bilməz” –
dediyini yazır və səhəri gün bu məsələ mətbuatda dərc edilir, bələdiyyə sədri
isə cavabında "mən onları avtomatla deyil, qoşalülə adlanan ov tüfəngi ilə hədələmişəm
" deyə etiraf edir, amma yenə də, Vilyam Hacıyev susur. Bunlar bu rayonla bağlı
bildiklərimizin olduqca az bir qismidir. Qanundan kənar baş verən hadisələrin fəsadlarını
aradan qaldırmağa qanunla borclu olan icra başçısı əvəzində uzun illərdir əlaqədə
olduğu "mediadakı dostları” vasitəsilə rəhbərlik etdiyi rayondakı problemlərə
ictimai nəzarəti yönəldən media orqanlarına "təsir etməyə” üstünlük verir.
Xalqxeber.Az-a bir müddət öncə Rəsullu kənd sakinləri Şükürov Şahverdi Mehdi
oğlunun və Şükürov Hikmət Fikrət oğlunun üstünə silah çəkdiyini özü də etiraf
edən, lakin bu günə kimi muzeydə qorunan antikvar sayağı toxunulmaz qalan Rəsullu,
Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovla
bağlı maraqlı faktlar daxil olub. Əldə etdiyimiz sənədlərdən və şəkillərdən məlum
olur ki, bələdiyyə sədri rayonun Rəsullu kənd qəbirstanlığına aid olan sahəni
ayrı – ayrı sakinlərə şəxsi evlər tikmək məqsədilə sadəcə satıb. Etiraz edənlərə
"kim hara istəyir gedib şikayət edə bilər, icra başçısı Vilyam Hacıyev deyib məndə
satmışam” – deyə cavab verən Qəhrəman Qəhrəmanov son hərəkətləri, eyni zamanda
"cəsarətli” etirafları ilə İmişlidəki daxili idarəetmə üsulunu çılpaqlığı ilə
göstərir. "Biz gələcəkdə dünyasını dəyişən yaxınlarımızı harada basdıracağıq” -
deyə etiraz əlaməti olaraq İmişli rayon İcra Hakimiyyətinə gəlmək istəyənlərə -
"siz məndən Vilyam Hacıyevə yox, çalışın Prezidentə şikayət edin” – söyləyən
sıradan bir kənd bələdiyyəsinin sədrinin bu qədər özündənrazı, iddialı
olmasının yalnız bir səbəbi var – İmişli rayon İcra Hakimiyyətinin başçısı cənab
Vilyam Hacıyevin baş verənlərə biganə yanaşması.
Əksini iddia etmək sadəcə hekayədir. Toyda sərxoş vəziyyətdə xuliqanlıq edərək
adam döyən İmişli Maliyyə İdarəsinin rəisi Rəhim Rəhimov məhz həmin hadisəyə
görə görəvindən müvəqqəti alındı və bir neçə ay sonra, heç nə olmamış kimi bu
gündə həmin quruma rəhbərlik edir.
Əgər adamın hərəkətlərindən qanundankənar hallar yox idisə nədən görəvdən
alınmışdı? Bəs hansı vasitələrdən istifadə etməklə yenidən görəvinə qayıtdı?
İmişli Suvarma Sistemləri İdarəsinin balansında olan MTS adlı kanalın üstü və
mühafizə zolağı ayrı – ayrı şəxslərə müxtəlif təyinatlı obyektlərin tikilməsi
üçün satılıb.
Həmin obyektlərin şəkilləri dəfələrlə mətbuatda, o cümlədən Xalqxeber.Az-da dərc
edilib. Bu obyektləri tikmək üçün rayon icra hakimimyyəti başçısının qolu ilə təsdiqlənmiş
sənəd tələb edilir. Qəhrəman Qəhrəmanovla bağlı silahla hədələmə olayının
üstündən bir ay keçməmiş ikinci şok effekt yaradacaq hadisə baş verir – kənd qəbirstanlığının
ərazisi satılır. Bu məsələ dərc etdiyimiz sənədlərdə və şəkillərdə də öz təsdiqini
tapır. İnanmaq istəyirik ki, öncəki hadisələr zamanı susan, idarəçilikdən daha
çox seyrçi təəssüratı yaradan İmşli rayon İcra Hakimiyyətinin başçısı Vilyam
Hacıyev, onu artıq 13 ildir ki, Göy – Göldən,Samuxa, oradan da İmişliyə ardıcıl
olaraq icra başçısı təyin edən Prezidentinə dil uzadan bələdiyyə sədrinə yerini
göstərmək cəsarəti nümayiş etdirəcək.
Və cənab icra başçısına onu da xatırlatmaq istəyirik ki, sənəddə adı keçən Cəbiyeva
Gülbəniz Həsənqulu qızı İmişli rayon Rəsullu, Yalavac və Şahverdili birləşmiş kənd
bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovun müavini Rövşən Cəbiyevin həyat
yoldaşıdır. Bunu nə Gülbəniz xanım nə də Rövşən müəlim inkar edirlər. Hətta Qəhrəmanova
bu ərazini almaq üçün verdikləri məbləği belə gizlətmirlər. Digər sənəddə isə həmin
birləşmiş bələddiyyəyə aidiyyatı olmayan Xəlfəli kənd sakini Qafarov Mənsur
Kamil oğluna, Yalavac kəndi ərazisində həyətyani torpaq sahəsinin ayrılması
göstərilir. Məlumatı verən mənbə həmin sənədin ekspertiza yoxlamasından keçməsinin
də vacibliyini bildirdi. Mənbə əlavə olaraq onu da qeyd etdir ki, Qəhrəman Qəhrəmanov
da, İmişli Maliyyə idarəsinin, İmişli Suvarma Sistemləri idarəsinin və hələ
adını çəkmədiyimiz digər qurumların rəhbərləri kimi onların qanunsuz əməllərinə
etiraz edənləri həbslə hədələyirlər. Maraqlıdır, İmişlidə qərarlar qanunlara
müvafiq qəbul edilir, yoxsa hansısa kiçki çaplı məmurun sifarişi ilə? Görəsən
bu kiçik çaplılar kimə və ya nəyə güvənərək yüz mindən çox əhalisi olan bir
rayonu təhdid altında saxlayırlar? "...Özlərini apara bilmirlər. Kim onlara bu
statusu verib cəmiyyətdə? Onların, necə deyərlər, güvəndiyi adamları mən təyin
eləmişəm vəzifəyə. Mən də çıxardacağam...” Bunu isə yüz mindən çox əhalisi
İmişlinində, İmişli rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyevində, rayonun
Rəsullu, Yalavac və Şahverdili birləşmiş kənd bələdiyyəsinin sədri Qəhrəman Qəhrəmanovun
da, İmişli Maliyyə İdarəsini rəisi Rəhim Rəhimovun da, Əhməd Əhmədzadənin də,
onun rəhbərlik etdiyi Meliorasiya və Su Təsərrüfatı ASC-yə tabe olan İmişli
Suvarma Sistemləri idarəsinin rəisinin də, on milyona qədər əhalisi olan Azərbaycanın
Prezidenti deyir.
Mövzuya qayıdacağıq.
Redaksiyadan: Yazıda adı çəkilən qurumların və ya şəxslərin də mövqelərini dərc
etməyə hazırıq.
Növbəti yazılarımızda Vilyam Hacıyevin İmişlidə ad çıxarmış və məhşur biznesmen
Nurməmməd, Səlahət Qafarov qardaşları ilə biznes əlaqələrindən söhbət açacağıq.
Hətta Rəsullu kəndi ərazisində satılmış qum-çınqıl karxanasından və bu
karxananın nəyin qarşılığında istifadəyə icazə verilməsinə aydınlıq gətirəcəyik.
Bundan başqa icra başçısının rayon sankinlərinin həyatını düşünmədən təhlükə
altında qoyaraq və istifadəsi üçün Heydər Əliyev prospektində, Nəsimi küçəsində
yanacaqdoldurma məntəqəsinin tikintisinə necə icazə verilməsi barədə geniş
danışacağıq.
P.S. Onu da qeyd edək ki, Vilyam Hacıyevin son vaxtlar icra hakimiyyətində
apardığı "kadr islahatlarından" maraqlı faktlar əldə etmişik.(xalqxeber)
Ulu Yol Xəbər portalı » Sosial » Vilyam Hacıyev İmişlini necə idarə edir?
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/