Müğənni və rejissor Mahsun Kırmızıgülün yeni təqdim etdiyi "Vəzir barmağı" ("Vezir parmağı") filmində Azərbaycanın klassik şairi Mirzə Ələkbər Sabirin "Qorxuram" şeiri səsləndirilib.

Uluyol.info Axşam.az-a istinadən xəbər verir ki, filmdən yayılan kadrlarda aktyorlar həmin şeiri Anadolu türkcəsində səsləndiriblər. Diqqətçəkən məqamlardan biri də odur ki, şeirdəki "Harda müsəlman görürəm, qorxuram" misrası çıxarılıb.

Türkiyə mediası qalmaqallı filmin məhz bu səhnəsinin kinoteatrlarda böyük alqış aldığını qeyd edib.

Şeirin Anadolu türkcəsində olan versiyası:

Aybalaaaam
Şafak vakti düşirem ben
Çöllere bala çöllere bala çöllere
Kükremiş aslan görirem
Kan giyen sırtlan görirem
Dalgalı umman görirem
Cin görirem can görirem
Mezerde hortlak görirem
Bin türlü tufan görirem
Gullibi yaban görirem korkmirem
Korkmirem bala korkmirem

Aybalaaaam
Bu korkmamazlığım ile
Vallahi bala billahi bala tillahi bala
Harda bir yobaz görirem
Harda bir softa görirem
Harda bir molla görirem
Korkirem bala korkirem bala korkirem
Korkirem bala korkirem
Dalgalı fikirlerinden
Riyakâr zikirlerinden
Korkirem bala korkirem bala korkirem
Korkirem bala korkirem

Şeirin original versiyası:

Payi-piyadə düşürəm çöllərə, --
Xari-müğilan görürəm, qorxmuram.

Seyr edirəm bərrü biyabanları, --
Quli-biyaban görürəm, qorxmuram.

Gah oluram bəhrdə zövrəqnişin, --
Dalğalı tufan görürəm, qorxmuram.

Gah çıxıram sahilə, hər yanda min
Vəhşiyi-ğürran görürəm, qorxmuram.

Gah şəfəq tək düşürəm dağlara, --
Yanğılı vulkan görürəm, qorxmuram.

Gah enirəm sayə tək ormanlara, --
Yırtıcı heyvan görürəm, qorxmuram.

Üz qoyuram gah neyistanlara, --
Bir sürü aslan görürəm, qorxmuram.

Məqbərəlikdə edirəm gah məkan, --
Qəbirdə xortdan görürəm, qorxmuram.

Mənzil olur gah mənə viranələr, --
Cin görürəm, can görürəm, qorxmuram.

Xarici mülkündə də hətta gəzib
Çox tuhaf insan görürəm, qorxmuram.

Bu küreyi-ərzdə mən, müxtəsər,
Müxtəlif əlvan görürəm, qorxmuram.

Leyk, bu qorxmazlıq ilə, doğrusu,
Ay dadaş, vallahi, billahi, tallahi,
Harda müsəlman görürəm, qorxuram!....

Bisəbəb qorxmayıram, vəchi var:
Neyləyim axır, bu yox olmuşların

Fikrini qan-qan görürəm, qorxuram,
Qorxuram, qorxuram, qorxuram!....

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300