"Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov barəsində
sensasion məlumat əldə etmişik.
Verilən xəbərdə iddia olunur ki, şirkət rəhbəri sabiq Milli Təhlükəsizlik
Naziri Eldar Mahmudova keçən ilin yayında 1 milyon manat verib.
Buna səbəb Lerik rayonuna icra hakimi getməsinə eks-nazirin vasitəçilik etməsi
və onun haqqında yuxarılara məruzə etməsi olub.
Keçən ilin sonuna bu məsələ öz həllini tapmalıydı. Lakin keçən ilin 17
oktyabrında Eldar Mahmudovun işdən çıxarılması nəticəsində bu plan alt-üst
olub.
Elxan Bəşirov batan 1 milyonuna görə isə səsini çıxarmayıb və başının sədəqəsi
sayaraq MTN bəlasından canını qurtarmasına şükür edib.
Məlumatda bildirilir ki, artıq iş soyuyub və MTN məhkəmələri yekunlaşmaq üzrədir.
Ona görə E.Bəşirov yenidən fəallaşıb və icra başçısı olmaq üçün çırmanıb.
Bu məqsədlə rayon sakinlərini icra başçısı Rövşən Bağırova qarşı qaldırır. Hər
ay Elxan Bəşirovun adamları tərəfindən minlərlə şikayət məktubu prezidentə göndərilir.
Elxan Bəşirov qohumlarına 2017-ci ili icra başçısı kimi qarşılayacağını və
onları işlə təmin edəcəyini vəd edir. Sual olunur ki, Elxan Bəşirov bu qədər
var dövləti necə əldə edib.
Politika.Az-ı bilgiləndirən qaynaq iddia edir ki, Elxan Bəşirov Texniki
Universitetin prorektoru olan əmisi Bəşir Bəşirovun oğlu, Rəsul Quliyevin ən
yaxın dostu Mərhəmət Bəşirovun yanında mühasib kimi işə başlayıb.
Rəsul Quliyev işdən çıxarıldıqdan sonra Mərhəmət Bəşirovun biznesi əlindən
alındıqda Elxan Bəşirov əmisi oğluna yalan danışıb, təxminən iki milyon ABŞ
dolları çivarında vəsait oğrayıb saxlayıb.
Sonra Elxan Bəşirov bu vəsaiti Lerikin sabiq İcra Hakimi Babəli Ağayevlə
birlikdə biznesə qoyub. Bəşirovun adına Zərinqala MMC açılır, qalan vəsaitlə isə
Rusiyadan taxta vurub İrana, İrandan isə şüşə vurub Azərbaycan bazarlarına
çıxarılır.
Elxan Bəşirov hər şey onun adına olduğuna görə Babəli Ağayevə atıb sonra
2000-ci ilədək həmin pulla Bakı-Sumqayıt şosesinin 13,5-ci km-də yer götürüb Mətanət-A
şirkətinin balaca bir kafel-metlax yapışdırıcısı sexini tikib.
Bundan sonra Babəli Ağayev Elxan Bəşirovu dəfələrlə məhkəmələrə versə də əlində
heç bir sübut olmadığına görə uduzur. 2001-ci ildə Fərhad Əliyev İqtisadi
İnkişaf naziri olandan sonra Elxan Bəşirovun işi daha rahat olur.
Bu dəfə Fərhad Əliyevin qardaşı Rafiq Əliyev Elxan Bəşirovun xalasıoğlu Telman
Qasımovla ən yaxın dost və tələbə yoldaşı olduqlarına görə hər bir dəstək göstərir.
Dövlət hesabına ona güzəştli kreditlər ayrılır.
Bundan başqa İqtisadi İnkişaf Naziri Fərhad Əliyevin dövründə Sahibkarlığın
inkişafı departamentinin direktoru Əlihüseyin Şaliyev Elxan Bəşirovla şərik
olaraq bütün məsələlərdə Elxan Bəşirova yaxından dəstək olaraq, hətta onu
Sahibkarlar Şurasına üzv edir.
2005-ci ildə Fərhad Əliyevin həbsindən, Əlihüseyn Şaliyevinsə intiharından
sonra Mətanət-A şirkəti tam olaraq Elxan Bəşirova qalıb.
Hətta Fərhad Əliyev və Əlihüseyin Şaliyevin həbsindən sonra onlara qarşı
prokurorluq orqanlarında ifadə də verib.
Bununla da Elxan Bəşirov o dövrdə artıq gips əsaslı zavod olan Avanqard-N-in əsasını
qoyur və həmin zavodu işə salandan sonra daha çox qazanmağa başlayır.
Goranboy rayonu Yuxarıağcakəndə yerləşən gips mədənindən isə qohumu o dövrdə
Goranboy rayonunun İcra Hakimi olan Novruz Novruzovun köməkliyi ilə ən yaxşı
yeri götürüb.
Artıq neçə ildir ki, Elxan Bəşirov ikili mühasibat saxlayaraq vergi orqanlarını
aldadaraq onlardan milyonlarla vəsaiti gizlətməyə nail olub.
Elxan Bəşirov aldatmağa necə vərdiş edibsə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevi belə milyonların önündə aldatdı.
Belə ki, 30.01.2016-cı il tarixində cənab Prezidenti yeni Ağ Dağ zavodunun
açılışında işçilərinə altı yüz manat verdiyini və mövsümü olaraq beş yüz işsizi
işlə təmin etməsini bildirdi.
Bundan sonra əslində zavodda korrupsiyaya qarşı mübarizə idarəsi, prokurorluq və
vergilər nazirliyi yoxlamalara başlamalı, cənab Prezidentə yalan danışdığı üçün
Elxan Bəşirova cinayət işi açılmalı idi.
Çünki, düşünürdüm Vergilər Nazirliyi, baş prokurorluq, korrupsiyaya qarşı
mübarizə idarəsi açıb baxar görüm Elxan Bəşirov vergini hər işçiyə görə altı
yüz manata uyğunmu ödəyir, Əmək və Əhalinin Müdafiyəsi Nazirliyi açıb baxar
görüm Elxan Bəşirov bu günə kimi beş yüz işçiyə görə ödəmə edibmi, Prezidentin
təhlükəsizlik xidməti yoxlayıbmı açılış vaxtı orda olan işçilərin hamısı
"Ağdağ”da işləyir ya yox.
Mətanət A-nın Ağdağ zavodunda işləyən yerli fəhlələr o qədər narazıdırlar ki, həmin
açılışa onları dəvət etməyə qorxan rəhbərlik prezidentin qarşısına öz yaxın
adamlarını çıxartmaqla hamını aldadıb.
Mətanət A şirkətində baş verən özbaşınalıqlar, Elxan Bəşirovun korrupsiya əməlləri
barədə mətuatda dəfələrlə yazılar yazılsa da görəsən prokuror orqanları həmin
yazıları araşdırdımı.
Araşdırsaydılar onda Elxan Bəşirovun bir qarın yeməyə görə yüzlərlə çinlini,
Suriyadan, İraqdan gətirilmə kürdləri istismar etdiyini, şirkətdəki qara
mühasibatlığı, işçilərin işdən çıxarilanda depozitlərinin verilməməsilə yanaşı
onlardan zorla şirkətin onlara heç bir borcu olmaması əksinə onların şirkətə
borcu olması barədə yazılı kağız almasının, eyni tərkibli məhsulun müxtəlif
adlarda buraxılaraq alıcıların aldadılmasının şahidi olardılar.
Yəni marka siyasəti, bir məhsulu reklam edir daha baha satır digərinin adını dəyişir
ucuz satır. Əslində isə hər iki məhsulun adları müxtəlif olsada içləri eynidir.
Buna misal Ağdağ, Akdəniz, Şpak-f məhsullarını göstərmək olar. Sual olunar bəs
Elxan Bəşirov bu hünəri hardan alır. Buna dair üç amil iddia olunur:
1. Elxan Bəşirov FETO-çüdür və FETO o zaman hələ çox güclü idi. Bu barədə dövrü
mətbuatda yazılar çıxsa da sonradan bunlara dövlət tərəfindən bir açıqlama
verilmədi.
2. Elxan Bəşirovun həyat yoldaşı Pərvanə Səidi iranlıdır. Pərvanə Səidinin
İrandan bir erməni qohumu Martivosyan Elxan Bəşirovla hal-hazırda şərik işləyirlər.
Bunun nəticəsidir ki, Mətanət A şirkətinin məhsulları bu gün Ermənistan
bazarlarında Azərbaycandakından qat-qat ucuz qiymətə satlır.
Martivosyan Ukrayna avtoritetləriylə yaxın əlaqələri olduğuna görə Elxan Bəşirov
da MDB ölkələrində rahat hərəkət edir.
3. Elxan Bəşirov respublikada görünməyən bir güc tərəfindən qorunur. Bu güc necə
gücdürsə hətta cənab prezidentə yalan danışan adamı belə dövlətin güc orqanları
məsuliyyətə cəlb edə bilmir.(politika.az)
Ulu Yol Xəbər portalı » Araşdırma » “Mətanət-A” rəhbəri Elxan Bəşirovun milyonu Mahmudovda necə batdı?
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/