"Şəhidlərimizi hər gün anaq" layihəsindən uluyol.info olaraq bu dəfə şəhid Əliyev Hacıbala Ağabala oğlu haqqında:
Əliyev Hacıbala Ağabala oğlu 1959-cu il Mart ayının 4-də Neftçala rayonu Uzunbabalı kəndində anadan olub.Kənddəki orta məktəbin 8-ci sinifini bitirdikdən sonra 104 saylı salyan Texniki-peşə məktəbində sürücü ixtisasına yiyələnir.Təhsilini bitirdikdən sonra Belarusiyada iki illlik hərbi xidmət keçir.
1993-cü il yanvar ayının 3-ü Cəbhəyə yollanır. Ağdam batolyonunda döyüşən Hacıbala Ağayevin məharətlərindən həm döyüş yoldaşları, həm də dövrü mətbuat orqanlarında yayımlanır.Müharibənin qızğın vaxtlarında cəbhə bölgəsinə ezam olunan jurnalistlər döyüşçülərimiz haqqında məlumat toplayır və bunu ictimailəşdirirdilər."Səs" qəzetinin o dövrdə dərc olunmuş yazıların birində Hacıbala Ağayev haqqında məlumat verilirdi.Sonda Tural adlı müəllif şəhid haqqında yazırdı:"Hər bahar qəbrini ziyarətə gələn həmyerlilərinin ayaq səslərindən, məhəbbət dolu baxışlarından, məzarına səpiləcək təzə-tər çiçəklərin ətrindən, haqqında deyiləcək minnətdarlıq dolu sözlərdən yenidən diriləcəksən".
Tamella Əliyeva "Analar deyir ki..." Neftçala şəhidlərinə həsr olunmuş kitabında Hacıbala Ağayevin ailəsi şəhid haqqında danışır:
"Gülə-gülə yola düşdü cəbhəyə.Vaxt imkan olanda evə gəlib dəyirdi.Üç günlüyə gələndə iki günə qayıdardı.Soruşanda deyirdi ki, dostlarım gözləyir, qalmaq olmaz.Ağdamda olanda atası neçə dəfə gedib dəyib.Toy üçün bütün bazarlığını etmişdik,hətta heybanda saxlamışdıq.Ehsanına qismət oldu.Bu da onun teleyi...
Yanvarın 4-də şəhid olub. Elə o vaxtdan axtarmışıq onu, görən deyən olmayıb.Əli Bayramlı(Şirvan) şəhərindən Əliyev Xanbala adlı bir döyüşçünün ailəsinə veriblər Hacıbalanın meyidini və deyiblər ki, sizin oğlunuzdur.Təsadüfən Xanbala ilə bir hərbi hissədə olan döyüşçü gəlib, bu hadisəni eşidib, deyib ki, Xanbala sağdır cəbhədə qoyub gəlmişəm.Bizə dedilər ki,Əli Bayramlıda naməlum oğlan dəfn ediblər.Gedib meyidin şəklinə baxdiq.Gördük ki, Hacıbaladır...Gətirib dəfn elədik.Düz bir aydan sonra balamız kəndimizdəki məzarlıqda özünə yer tapdı".
Hacıbala Əliyev 1993-cü il yanvar ayının 30-dan 1994- cü il yanvar ayının 4-nə kimi Ağdam batolyonunda torpaqlarımızın bötüvlüyü uğrunda döyüşmüşdür. Son döyüşü Ağdamın Küllücə kəndi uğrunda gedən döyüş olub.Yanvarın 4-ü şəhidlik zirvəsinə ucalan Hacıbala Əliyev fevral ayının 4-ü Neftçala rayonu Uzunbabalı kəndindəki qəbiristanlıqda dəfn edilib.

Uluyol.info
Tural İNTİQAM

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300