Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə azərbaycanlıların türk olmaması ilə bağlı fikirlərinə aydınlıq gətirib.

A.Rəhimzadə "Ölkə.Az” saytına açıqlamasında bildirib ki, fikirləri təhrif olunub:

"Bir neçə gün öncə Rusiya parlamentinin bir qrup üzvü Azərbaycana səfərə gəlmişdi. Azərbaycan Milli Məclisi üzvləri ilə onların görüşü oldu. Görüş zamanı rusiyalı deputatlar Rusiya-Azərbaycan münasibətlərinin vəziyyəti ilə bağlı çıxış etdilər. Mən isə onlara dedim ki, həqiqətən də Azərbaycan-Rusiya münasibətləri normal səviyyədə davam edir. Ancaq mən onlara sual verdim ki, niyə görə Rusiya parlamenti qondarma "erməni soyqırımı” məsələsini müzakirə edir, ancaq Xocalı soyqırımı ilə bağlı hər hansı münasibət bildirmir? Daha sonra rus deputatlara sual verdim ki, niyə görə Rusiya Xarici İşlər Nazirliyi bloqer Aleksandr Lapşinin ekstradisiyası ilə bağlı fikir bildirir, ancaq Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı susur? Mən onlara söylədim ki, əgər siz qarşılıqlı ikitərəfli münasibətlər deyirsinizsə, o zaman gəlin ilk növbədə bunları müzakirə edək”.

Deputat haqqında yayılan qalmaqallı məsləyə də münasibət bildirib:

"Həmin iclasda mən deməmişəm ki, biz türk deyilik. Bununla bağlı fikirlərim təhrif olunub. Mən demişəm ki, biz etnik cəhətdən türkük, ancaq xalq kimi azərbaycanlıyıq. "Haqqın.az” saytı məndən acıqlı olduğu üçün, hər dəfə əleyhimə yazır. Onlar ümummilli lider Heydər Əliyevin məşhur "Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir” fikirlərini xatırladıb. Ancaq eyni zamanda ulu öndər "Mən fəxr edirəm ki, Azərbaycanlıyam” deyib. Onu da yazaydılar da!”, - deyə deputat bildirib.

P.S. Onu da qeyd edək ki, deputat Arif Rəhimzadənin sözügedən müsahibəsi Rusiyada faəliyyət göstərən km.ru saytında dərc olunub. Əgər onn fikirləri təhrif olunubsa da, bu, Azərbaycan mediası tərəfindən olmayıb, Rusiya mətbuatında olub. A.Rəhimzadənin ixtisarla dərc olunmuş müsahibəsi isə aşağıdakı kimidir.

***


Arif Rəhimzadə: "Azərbaycanlılar türk deyil...”

Azərbaycan Milli Məclisinin regional məsələlər komitəsinin sədri, deputat Arif Rəhimzadə KM.ru rus xəbər portalına qalmaqallı müsahibə verib. Bildirib ki, azərbaycanlılara "türk” deyilməsi düzgün deyil, çünki azərbaycanlılar türk sayılmır.

Virtualaz.org Arif Rəhimzadənin həmin müsahibəsini ixtisarla dərc edir və nəticə çıxarmağı tarixçilərin, etnoloqların ixtiyarına buraxır:

-Əgər beynəlxalq səviyyədə tanınmadan deyil, tarixən formalaşmış şərtlərdən danışsaq o zaman Azərbaycan hansı əsaslarla Dağlıq Qarabağı öz ərazisi hesab edir?

-1828-ci ildə Türkmənçay müqaviləsinin imzalanmasından sonra Rusiya Dağlıq Qarabağa İrandan 40 min erməni köçürdü. Ermənilər əvvəllər orada yox idi, azərbaycanlılar isə Dağlıq Qarabağın hər yerində yaşayırdı. Maraqlı ştrix: Qriboyedov həmin qərarın əleyhinə çıxırdı. O, yazırdı, xəbərdarlıq edirdi ki, bunu etmək olmaz. Azərbaycanlılar narazı idi və doğrudan da xəzinə torpaqlarının bölüşdürülməsi zamanı üstünlük ermənilərə verildi.

-Rusiyanın ermənilərə dəstəyini necə izah edirsiniz?

-Bu suala cavab vermək üçün ayrıca ilkin izahat lazımdır. Xatırladıram ki, Azərbaycan ərazisində tarixi Alban çarlığı yerləşib, orada alban kilsəsi olub. Ümumiyyətlə ermənilər Suriyadan Azərbaycana təkcə ticarətçilər kimi yox, dini xətt üzrə də köç ediblər, Kilsə nümayəndələri kimi.

Beləliklə, ermənilər Rusiyadan xahiş ediblər ki, Alban kilsəsinin Erməni kilsəsinə tabe olunmasına kömək etsin. Belə də edilib. Beləliklə, ermənilərin regionda rolu kəskin artıb. Bildiyiniz kimi Azərbaycanda islam yayılıb, ancaq Alban kilsəsi icmaları da anklav kimi fəaliyyət göstərib. Rusiyada isə azərbaycanlılara türk kimi baxırdılar, beləliklə, Peterburqda qərara aldılar ki, həmin torpaqlara erməniləri köçürməklə "xristian zolağı” yaratsınlar.

-Axı biz həmişə eşitmişik ki, azərbaycanlılar və türklər eyni xalqdır...

-Bu, səhvdir! Bəli, biz azərbaycanlılar türklərlə ümumi köklərə malikik, ancaq xalqlarımız tamam ayrıdır.

-Bəyəm inqilaba qədər azərbaycanlılar termini istifadə edilirdi?

-Azərbaycanlılar dini kimlik istifadə edirdilər və özlərini "müsəlman” adlandırıdılar, Rusiyada isə həmin əhalini "tatarlar” hesab edirdilər. İstənilən halda biz türk deyilik, türklər tamam ayrı millətdir. Ancaq çar hökuməti "türk təsirinə” qarşı ermənilərin regiona köçürülməsini stimullaşdırdı. Bizim bədbəxtliyimiz ondadır ki, Rusiyada bizi türk hesab edirdilər, çünki Rusiyadan bu belə görünürdü, ona görə də çar hökuməti regionda ermənilərə arxalanmağı qərara aldı.

Redaksiyadan: Qeyd edək ki, deputat Arif Rəhimzadə 1991-ci ildə SSRİ-nin saxlanlmsının lehinə, dolayısı ilə Azərbaycanın müstəqiliyinin əleyhinə səs vermiş deputatlaran biri olub.

Sözügedən yazının orijinalının bağlantısı burada:http://www.km.ru/world/2017/02/28/azerbaidzhan/796484-arif-regimzade-nasha-beda-v-tom-chto-v-rossii-nas-schitali-turk


(musavat.com)

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300