Bu gün Bakıda valyuta dəyişmə məntəqələrində dollar 1.72-1.74 manata alıcılara təklif edilir. Mərkəzi Bankın bayram günlərində işləməyəcəyi üçün bazarda dollar qıtlığının yaşanacağı və "qara bazar”da dolların qiymətinin süni şəkildə qaldırılacağı gözlənilir. Elə ötən şənbə və bazar günlərində olduğu kimi. 
 
Dekabrın 21-də baş verən devalvasiyadan sonra Mərkəzi Bankın işləmədiyi günlərdə işbazlar süni şəkildə dolları 2.05 manatadək bahalaşdırmışdı.
 
 
Üz tutduğumuz ünvanlarda bəzi məntəqələrin açıq olmadığının şahidi olduq. Hazırda fəaliyyətini davam etdirən valyutadəyişmə məntəqələrinin əməkdaşları "exchahge”lərin bağlanmasını bayram günü olması ilə əlaqələndirdi.
 
28 May küçəsində yerləşən "exchange”lərin böyük hissəsi açıqdır. Burada dolların satış qiyməti 1.72 manatdır. Sadəcə 1-2 məntəqədə dolların satış qiymətinin 1.70 manat olamasını müşahidə etmək mümkündür. Dolların satış qiyməti ilə alış qiyməti arasında 10-12 qəpik fərq var. Dolların ən yüksək alış qiyməti isə, 1.65 manatdır.
 
Qeyd etdiyimiz ünvanda hələ ki, dollar qıtlığı müşahidə olunmur. Əlavə edək ki, 28 may küçəsində dolların qiyməti ötən gün 1.70-1.71 manat idi.
 
"Neftçilər” metrostansiyasının ətrafında olan "exchange”lərdə dolların alış qiyməti 28 May küçəsinə nisbətən daha ucuzdur. Burada dollar 1.63 manata alınır. Satış qiyməti isə əksər məntəqələrdə 1.72 manatdır. Dollar satışında heç bir qıtlıq müşahidə olunmur.
 
Sabah və növbəti bayram günlərində nələrin yaşanacağı isə məlum deyil.
 
"Nəriman Nərimanov” metrostansiyasının ətrafındakı "exchange”lərdən birinin sahibi olan Rasim adlı şəxs deyir ki, bu gün dollar hər yerdə var.
 
"1.72 manata satılan dollar alınır. Ancaq görünür ki, dollar hər gün bahalaşmağa doğru gedir. Sabah və ya birisigün vəziyyətin necə olacağı bilinmir. Həmçinin digər bayram günlərində də. Manat üzən məzənnəyə keçib. Bəlkə dollar bayramdan sonra yenə qalxdı? Buna görə də heç kim əlindəki dolları ucuz qiymətə satmaq istəmir”- deyə valyuta dəyişmə məntəqəsinin sahibi bildirdi.
 
Mərkəzi Bankın yanvarın 5-nə dolların məzənnəsini 1.561 göstərməsinə gəlincə isə "exchange”lərdə çalışanlar buna etibar etmir. İzah olaraq isə verilən cavab belədir: "Heç kim deyə bilməz ki, sabah nə olacaq. Mərkəzi Bank indidən 4 günün proqnozu olaraq, dolların məzənnəsini 1.561 göstərir. Ancaq bir gündə manat 50 faizdən çox dəyər itirdi. Sabah nə olacağına kim qarantiya verə bilər?”.
 
Qeyd edək ki, manatın devalvasiyasından sonra süni şəkildə dolların qiymətini qaldıran şəxslərə qarşı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən əməliyyatlar keçirilib. Bu günlər ərzində bir neçə nəfər saxlanılıb.
 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300