Müdafiə xərclərinin artırılması yenidən ABŞ ordusuna müharibələrdə qələbə qazanmaq imkanı yaradacaq. APA-nın "RBK”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Virciniya ştatında dənizçilər qarşısında çıxışı zamanı deyib.

Məlumata görə, Tramp inşası 13 mlrd. dollara başa gələn, donanmanın istifadəsinə verilməsi gözlənilən "Gerald Ford” aviadaşıyıcı gəminin göyərtəsində çıxış edib.

Prezident dənizçilərə Konqresdən müdafiə xərclərinin 54 mlrd. dollar artırılmasını xahiş etdiyini bildirib. Tramp qeyd edib ki, müdafiə xərclərini artırmaqla Vaşinqton hərbi planlaşdırmanı xeyli asanlaşdırmaq niyyətindədir. Onun sözlərinə görə, bu yolla ordu ən yaxşı texnika ilə təchiz ediləcək.

"Biz müharibənin qarşısını almaq, lazım gəldikdə isə, müharibə aparmaq üçün sizi bütün lazımi vasitələrlə təmin edəcəyik. Biz bu vasitələri sizə bir məqsəd üçün verəcəyik – zəfər çalmaq üçün! Biz yenidən müharibələrdə zəfər çalmağa başlamaq niyyətindəyik”, - deyə Tramp qeyd edib.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300