Rikardo Boffil bu fabriki görən kimi bunun bir fürsət olduğunu anlamışdı.

 İspaniyalı bir memarın köhnə sement zavodundan yaratdığı ev haqqında maraqlı məlumat və görüntüləri təqdim edirık.

İspaniyalı memar Rikardo Boffil 1973-cü ildə birinci dünya müharibəsindən qalan köhnə sement zavodunu aldı. Fabrika Barselonda bir dağın ətəyində yerləşirdi. Hissə-hissə təmir edilən zavodun inşaasında memarın böyük bir işçi qüvvəsi çalışıb. Yöndəmsiz betonlardan qurulan bina getdikcə dəyişdi. Evin hər bir otağı bir-birindən tamamilə fərqli şəkildə hazırlanıb.

Rikardo yaratdığı evini bu sözlərlə izah edir; "Mən buradan məni çöldən və gündəlik həyatdan qoruyan bağlı bir kainatın içindəki həyat təəssüratı alıram."

Evin həyətində və içərisində dincəlmək və əylənmək üçün müxtəlif yerlər qurulub. İş otaqlarına da üstünlük verilib. Boffilin öz işçiləri də bu binada işləyir. Evin çöl hissəsi isə otlar, palma, evkalipt və zeytun ağacları ilə örtülüb. Bu görünüş binanı bənzərsiz edir. Və bu binanın yenidən bir kopyası inşa edilməsi qeyri mümkündür. Evin mətbəxi isə binanın zirzəmisində qurulub. Fotolarda hər şeyin mükəmməl görsəndiyi halda memar hələ binada işlərin davam etdiyini deyir. Bofill bu bitməyən təkamülü, öz həyatına və yaradıcı vizyonuna bənzədir.

Bofil bu layihəyə La fábrica adını verib.

Ricardo Bofill'in layihəsi kifayət qədər mükəmməl hər növ sahənin bənzərsiz bir proyektə çevrilə biləcəyini sübut edir.(musavat.com)

 

 

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300