Müsavat başqanının həbsdə olan müavini Yadigar Sadıqov Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edib.
Uluyol.info xəbər verir ki, bu barədə Yadigar Sadıqovun feysbuk profilində məlumat yayılıb.
Həmin statusu təqdim edirik:
"Əziz həmvətənlər, Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edir, hər birinizi əfv haqqında deyil, bu çətin dönəmdə Vətənimiz Azərbaycanın gələcəyi barədə düşünməyə çağırıram!"