Azərbaycanın keçmiş xarici işlər naziri, general rütbəsinə bərabər fövqəladə və səlahiyyətli səfir titulu daşıyan Tofiq Zülfüqarov "AA” seriyalı maşına yol vermədiyi üçün xoşagəlməz hadisə ilə qarşılaşıb.

 

BakiPost.az xəbər verir ki, bu barədə keçmiş nazir öz facebook hesabında yazıb. Bildirib ki, aeroport şosesində 10 AA 102 dövlət nömrə nişanlı avtomobilə bir qədər gec yol verib. Nəticədə yol polisi əməkdaşlarına Tofiq Zülfüqarovun ailəsinin də olduğu maşını saxlamaq və cərimə meydançasına aparmaq göstərişi verilib.

 

"Ailəm ilə birlikdə Mərdəkandakı evimə qayıdırdım. Başıma xoşagəlməz və heyrətamiz hadisə gəldi. Arxamca gələn hansısa maşın, baxmayaraq ki, hərəkət çox intensiv idi və heç bir zolaqlarda yol yox idi, işıq siqnalları verirdi. Əsəbi-isterik vəziyyət yaradırdı. İşıqdan gözümü kor edirdi. İmkan yaranan kimi ona yol verdim və qarşıya buraxdım. Amma bundan sonra həmin maşın da sürəti azaltdı.

 

Saatda 120 kilometr sürət həddi olan yolda əyləci basdı. Görəndə ki, qarşımda hansısa qeyri-adekvat və aqressiv insandır, ona işıq siqnalı verdim. Ötmə əməliyyatı edərək sağ zolağa keçdim. Elə bu anda bir patrul maşını mənə çatdı. Maşını saxladım. Polis inspektoru mənə bildirdi ki, qaydaları pozmuşam. Sən demə, onun hansısa böyük bir vəzifəsi var imiş və mənə BMW avtomobilinin üzlüyünün altındakı mayak işıqları ilə siqnal veribmiş. Açığı deyim ki, mənim maşınım böyükdür və o avtomobilin üzlüyü arxasında hansı işığın yandığı görünmür. Bu, videoregistratora da düşüb. Əgər həmin mayak maşının üstündə quraşdırılmış olsaydı, əla görünərdi. Patrul əməkdaşları böyük hörmətlə mənim sənədlərimi yoxladılar, alkoqol testi keçirdilər və içkili olmadığımı gördülər.

 

Bundan sonra mənə bildirdilər ki, maşında Bakı Şəhər Polis İdarəsindən hansısa general var. Dedilər ki, onlara göstəriş verilib ki, mənim maşınımı cərimə meydançasına aparsınlar. "Nə üçün?" sualına isə cavab verdilər ki, heç bir irad tuta bilmirlər və hətta heç protokol da yazmadılar. Mən onların tələblərini yerinə yetirdim və onlar özləri məni evə gətirdilər”,- deyə T. Zülfüqarov qeyd edib.

 

Sabiq nazir dediklərimin sübutu kimi maşındakı videoregistratorun qeydlərini də təqdim edib.

T.Zülfüqarov daha sonra əlavə edib:"Əgər ciddi desək, lap gənc yaşlarımdan mənim bu görünməz generaldan daha böyük imtiyazlarım olub. Lakin mən heç vaxt bu imtiyazlarımdan sui-istifadə etməmişəm. Çox ləyaqətli insanlar olan sürücülərim və mühafizəçilərim "seçilmiş olduqlarını" nümayiş etdirməyiblər. Açığı desəm, mənim səfir rütbəm ən yüksək diplomatik rütbədir. Bu, general rütbəsinə bərabər bir rütbədir. Mənə bu rütbəni 1998-ci il 15 yanvar tarixində Prezident Heydər Əliyev verib və buna görə hər zaman qürur duymuşam".

 

Məlumat üçün bildirək ki, sabiq nazirin maşınını cərimə meydançasına apartdıran generalınBakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov olduğu bildirilir. Məlumata görə,10 AA 102 dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.

 

***

 

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun avtomobilinin cərimə meydançasına aparılması hadisəsi ilə bağlı açıqlama verib.

 

Unikal.org-a danışan general bildirib ki, Tofiq Zülfüqarov yol hərəkəti qaydasını pozduğu üçün onun avtomobili cərimə meydançasına aparılıb:"Qanun qarşısında hər kəs eyni hüquqa malikdir. Fərqi yoxdur sən Tofiqsən, və ya başqasısan. Sualı varsa buyurub Baş Dövlət Yol Polisi idarəsinə müraciət eləsin cavab alsın. Oturub evində sosial şəbəkədə nağıl yazır”.

 


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300