Ermənistan Prezidenti Serj Sərkisyan işğal olunmuş Azərbaycan ərazilərini qaytarmaq fikrindədir.

Publika.az xəbər verir ki, bu barədə Ermənistanda I Qarabağ döyüşçüsü Arkadi Karapetyan deyib.

Karapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın "güzəşt edilməsi” haqda dediyi sözləri şərh edərkən bildirib ki, Prezident Serj Sərkisyan da eyni düşüncədədir: "Ohanyan kimdir? Seyran Ohanyan və Serj Sərkisyan eyni ağacın meyvələridir. Sərkisyan da eyni şeyi istəyir”.

Keçmiş erməni döyüşçü Ermənistanın Azərbaycana məğlub olduğunu qeyd edib.

"Biz vaxtında ən dəhşətli məğlubiyyətə düçar olduq və indiyə qədər balansı bərpa edə bilmirik. Bu gün Azərbaycan xaricə silah satır, biz isə şəxsi ehtiyaclarımızı təmin edə bilmirik. Anlayırsınızmı problem nədədir? Bu gün Ermənistan-Rusiya hərbi əməkdaşlığı çərçivəsində yalnız qarajlardakı "Kamaz"lar təmir olunur. Bu gülməlidir. Rusiya Azərbaycana silah satır, bizimlə isə "Kamaz" təmir edir. Bu bizi ələ salmaqdır”, - deyə o, Ermənistan ordusunun acınacaqlı vəziyyətinə diqqət çəkib.

A.Karapetyan Ermənistan ordusunun yeni müharibədə qalib gələ bilməyəcəyini vurğulayıb:

"Biz qalib sırasında olmaq üçün könüllü dəstələr yaratmalıyıq. Mən elə bu dəqiqə könüllü güclərin yaradılmasını istəyirəm. Çünki yeni müharibənin olması qaçılmaz görünür və biz əvvəldən nəsə etməsək, bu müharibədə məğlub olacağıq. Dəqiq bilmirəm, amma Müdafiə Nazirliyi bununla bağlı nəsə edir. Lakin işin daha genişmiqyaslı edilməsini istəyirəm”.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300