Bir neçə gün öncə redaksiyamıza Bakı şəhəri Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəblə bağlı tənqidi xarakterli məktub daxil olub. Həmin məktubda məktəbdə baş alıb gedən qanunsuz hallardan bəhs olunur. Səbail rayonunda fəaliyyət göstərən 3 saylı Uşaq Musiqi Məktəbində özbaşınalıq hökm sürür. Uluyol.info "realnewsinfo"saytına istinadən həmin şikayət məktubunu oxuyuculara təqdim edirik:
II qrup əlili Kərimov Ağakərim Əlimuxtar oğlu tərəfındən
Ünvan : Bakı şəhərı, R.Rza küçəsi ev 110
Ə R İ Z Ə:
Hörmətli redaksiya, Sizə müraciət edərək bildirirəm ki, mən 1998-ci ildən Bakı
şəhəri Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı Uşaq Musiqi Məktəbində
tar müəllimi işləmişəm .
2001-ci ildə məktəbə direktor təyin edilən Orucova Məhin Əli qızı işə başlayandan
sonra özünə tabe olanların hamısı saxtakarlığa, dələduzluğa əliəyriliyə sövq
etmiş məktəbdə özünə məxsus tərzdə kriminal stuktur yaratmışdır.
Bu vəziyyətlə barışmayan məndə daxil olmaqla 6 nəfər müəllim məktəbdə baş verən
özbaşnalıq yəni direktorun "Ölü canlar" saxlaması və digər qanun
pozuntuları barədə prokrorluğa şikayət etmişdik.
Bundan sonra direktor M.Orucova şikayət etmiş müəllimlərə qarşı qərəzli və
qisasçılıq mövqeyi tutmuşdur. İlk olaraq tədris hissə müdiri İradə Babazadə Mədəniyyət
və Turizm Nazirliyinin 22.06.2006-cı il tarixli 260 saylı saxta əmri ilə (həmin
əmrdə Nazirliyinin möhürü və nazirin imzası yoxdur.) qeyri-qanuni olaraq işdən
azad edildi. Bu hiyləgər saxtakarlığın təşkilatçı və icraçısı direktorun həmyerlisi
olan nazir müavini Sevda Məmmədliyevadır.
M.Orucova S.Məmmədəliyevanm himayədarlığına arxalanaraq məktəbi bandit-quldur
yuvasına çevrmişdir.
İkinci vurulmalı hədəf kimi mən seçildim və göziənilmədən 26.11.2007- ci il
tarixdə qeyri-qanuni olaraq mən də işdən azad edildim. Məlum olmuşdur ki, bu şəxs
mənim məlumatım olmadan əsassız olaraq 6 gün ərzində (2 oktyabr və 8 oktyabr
2007- ci il tarixlərdə) iki töhmət vermişdir və buda onu sübuta yetirir ki, bu əvvəlcədən
planlaşdırılmış qaydada həyata keçirilmişdir.
Qeyd etmək istərirəm ki, M.Orucova məktəbin təmirinə 2004-cü ildə ayrılan külli
miqdarda -25.000 000 AZM {25 milyon), (5000 AZN) dövlət tərəfindən ayrılan vəsaiti
mənimsəmişdir.
Həmçinin mən işdən azad edilərkən qanun vericiliyin tələblərinə uyğun olaraq
son haqq-hesab sonuncu iş günü ödənilməli və əmək kitabçası da həmin gün verilməli
idi lakin, həmin gün tələb etsəm də mənə verilməmişdir və bu günə kimi də nə son
haqq-hesab nə də ki əmək kitabçası mənə verilməmişdir.
M.Orucovaya 2008-2009-cu tədris ilində məktəbdə yol verdiyi nöqsanlara görə Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Naziri tərəfındən töhmət verilmişdir.
Valideynlərdən bu yaxınlarda aldığım məlumata görə hər şagirddən 20 manat məbləğində
müəllimlər günü adı altında məcburi qaydada pul yığılmışdır, nəzərə alsaq ki, məktəbdə
700-800 nəfərə yaxın şagird təhsil alır, belə olan halda bu on dörd-on altı (14-16)min manat vəsait edir, lakin valideynlər nədənsə çəkinərək bu barədə müraciət
etməyə təşəbbüs göstərmirlər. Küllü miqdarda məbləğ yığıldıqdan sonra M.Orucova
böyük bir təm-təraqla R.Behbudov adına Mahnı Teatrı binasında 50 illik yubiley
gecəsi keçirmişdir. Göründüyü kimi M.Orucova ona həvalə edilən vəzifəni layiqincə
yerinə yetirmək əvəzinə başqalarının hesabına və ayrılan vəsaiti talayıb mənimsəməklə
az bir vaxtda varlanmaq, özünə dəbdəbəli və qudurğan həyat qurmaq arzularını
gerçəkləşdirmək yolunu tutmuşdur.
Orada işləyən şəxslərin bu məsələlər barədə ətraflı məlumatları vardır və hesab
edirəm ki, qeyd olunanlar əsassız ola bilməz .
Mənim M.Orucova barəsində şikayət ərizəm Səbail rayon prokurorluğunda qəbul
edilmiş, lakin göstərilən faktlarla baglı heç bir ətraflı təhqiqat aparılmadan
gözlənilmədən 20 gündən sonra tez-tələsik 14 sentyabr 2016-cı il tarixdə"cinayət işinin başlanmasının rədd edilməsi haqqında " qərar
çıxarmışdır. Bu qərardan cəmi 5 gün sonra dərin bir təəccübə səbəb olan bir
hadisə baş vermiş, 19 sentyabr 2016-cı il tarixdə ölkə prezidentinin sərəncamı
ilə kriminal əməllər sahibi məktəb direktoru M. Orucovaya fəxri ad verildi. Dəhşət,
bu ölkədə nələr baş verir?! Müəllimi əzib məhv edən, müəllimi məhrumiyyətli və əzablı
həyata sürükləyən, ondan amansız intiqam və qisas alan şəxs "əməkdar müəllim" fəxri
ada layiq görülür. Budurmu Azərbaycan müəllimi?
Bir məsələnidə qeyd etməyi vacib bilirəm. Bu il görkəməli bəstəkar Cövdət
Hacıyevin anadan olmasının 100 illiyi qeyd ediləcək. Nəzərə alsaq ki, 3 saylı
musiqi məktəbi C.Hacıyev adınadır onda bu bəstəkara qarşı hörmətsizlik və
saymamazlıqdır. Adı hüquq-mühafızə orqanlarında, məhkəmələrdə, televiziya və mətbuatda,
nazirlik və idarələrdə çox saylı qanun pozuntuları və cinayət tərkibli əməllərin
baş alıb getməsi barədə mütamadi olaraq hallandırılan musiqi məktəbinə
C.Hacıyev adını layiq bilənlər onun şəxsiyyətinə və musiqi aləmində olan
nüfuzuna ciddi zərbə vururlar. Mədəniyyət nazirliyi, Bəstəkarlar İttifaqı, C.
Hacıyevi sevənlər, onun davamçıları və nəhayətdə ailə üzvləri bu rüsvayçı vəziyyətə
etiraz etməlidirlər.
Hörmətli redaksiya, Sizdən xahiş edirəm bu ərizəni öz saytınızda dərc edərək
ictimaiyyəti məsələ barədə xəbərdar edəsiniz.
Məqalədə adı çəkilən şəxslərin mövqeyini dərc etməyə hazırıq.
Uluyol.info