"Ləzzət"MMC-nin kollektivi tərəfindən vətəninfo.az saytına müraciət daxil olub.

Müraciəti olduğu kimi təqdim edirik:


Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarına

Zaqatala rayonunda fəaliyyət göstərən "LƏZZƏT” MMC-nin kollektivi tərəfindən

 

                              MÜRACİƏT

 

Hörmətli Prezident, xalqımızın qeyrətli oğlu cənab İlham Əliyev!

 

Sizin çox qiymətli vaxtınızı aldığımız üçün dönə-dönə üzr istəyirik. Biz Azərbaycan vətəndaşıyıq! Azərbaycanda ilk Koorperativ hərəkatına qoşulanlardanıq.

 

Hörmətli Prezident, biz sizin televizyadakı çıxışlarınızı müntəzəm izləyirik. Sizin sahibkarların inkişafı və qorunması üçün verdiyiniz sərəncamları böyük ruh yüksəkliyi ilə qarşılayırıq. Sizin çıxışlarınızdan ruhlanaraq daha fəal olamağa çalışırıq. Ancaq şərəfsiz məmurlar var. Onlar layiqincə cəzalansalar, daha yüksək vəzifəyə getməsələr ölkəmizdə bizə qarşı törədilən haqqsızlıqlar kimi hadisələr baş verməz. Ancaq çox təəssüflər olsun ki, bizim həyat fəaliyyətimizi rüşvət vermədiyimizə görə cəhənnəmə döndərən rüşvətxor cinayətkar dövlət məmurları haqqında sizə və adiyatı olan dövlət orqanlarına 15 (on beş) ildir dəfələrlə müraciət etmişik.

 

"Yazdıqlarımız böhtan və yalan olarsa, bizə ömürlük həbs cəzası verilsin, ya da edam etsinlər.”

 

Deyirlər: - Azərbaycanda kimə istəsəniz necə istəsəniz yazın. Sizin yazdığınız şikayət məktubları, sizə cavab vermək üçün bizə göndərəcəklər. Azərbaycan dövləti bizimdir. Biz bir- birimizi cəzalandıran deyilik. Sizə məsləhətimiz odur ki, ağıllı olun. Biz deyeni edin. Allah sizə verən ömrü bir təhər başa vurun.

 

Hörmətli Prezident, biz bilmirik onda biz kimik? Azərbaycan dövlətindən bizə pay yoxdurmu? Biz dərdimizi kimə deməliyik?

 

Hörmətli Prezident, biz artıq 15 (on beş) ildir rüşvətkor məmurların oyuncağına çevrilmişik, təziqlərinə məruz qalmışıq. Bu artıq 4-cü məktubdur. 15 ildə sizə ünvanlayırıq. 1-ci məktubu sizə ünvanladıq. Baş vermiş cinayət hadisələri açıqladıq. Hətta sizə ünvanlanan məktubu Bakı xəbərləri qazetində olduğu kimi dərc etdik. Ancaq sizdən cavab almadıq. Sizə yazdığımız məktuba kimdən yazmışdıq o cavab verdi. Rüşvətxor qüdrətli meşə deportamentinin sədri Rövşən Cəlilov deyirdi: - Azərbaycanda mən nə istəsəm onu da edirəm. Mən rüşvət alıram həm də verirəm. Elə də oldu. Rövşən Cəlilov Zaqatala məhkəməsinə Hacıbəy məndən Prezidentə yazıb , Bakı xəbərləri qazetində təngid edib. Məni rüşvətxor adlandırıb. Mənə böhtan atıb. Hacıbəyin ağlı yoxdur mənimlə tərəziyə oturur. Mən ancaq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağrov deyəni edənəm deyə mektub ünvanlayır. Hətta sahibkar Hacıbəy Zakatalskiyə verilməli cəza maddələrini göstərir. Rövşən Cəlilovun ağlı ilə hərəkət edən meşə deportamentinin huquqşünası Malik Rzayevdə bildirir ki, Rövşən Cəlilov nə istəsə edəndir. Çünki arxasında dağ kimi cənab Hüseynqulu Bağırov durur. Mehriban xanım Əliyevanın 1-ci can güdəni durub. Sahibkar Hacıbəy nahaqq yerə Rövşən Cəlilova qarşı çıxır. Ağsaqqal kişidir, dövürlə ayaqlaşa bilmir. Biz Malik Rzayevin bu sözlərindən çox heyrətləndik. Bu heyatdakı yaşayışımıza nifrət etdik. Zaqatala rayonunun məhkəməsinin hakimi Seyfəli prezidentə yazdığımız məktubu açıqlamadan ağsaqqal Hacıbəy Zakatalskiyə ağıllı ol dedi. Dovşan həmişə canavarla dostluq etməyə çalışıb. Sən də elə elə. Hakim Seyfəli haqq ədaləti pozaraq Hacıbey Zakatalskiyə sifarişlə icbari 6(altı) ay iş kəsti. Hörmətli Prezident, sizə ünvanlandığım ilk məktubun nəticəsi belə oldu.

 

21.04.2007 ci ildə sahibkar Hacıbəy Zakatalskinin heyat yoldaşı Dali Aleksandrova Heydər Əliyev fondunun prezidenti YUNESKO-nun və İSESKO-nun xoş məramlı səfiri, Azərbaycanın 1-ci xanımı ,millət vəkili Mehriban xanım Əliyevaya ərinin amansızcasına tapdalanmış huquqlarının bərpası üçün məktub ünvanladı. Həmin məktubunda bu günə kimi cavabı yoxdur. Hörmətli Prezident, sizə ünvanladığımız 2ci məktubdanda cavab gəlmədi. 3-cü məktubu 11 dekabr 2016cı ildə sizə ünvanladıq. 16 dekabr 2016 cı ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyindən bizə T.Mustafayeva adlı şəxsdən məktub gəlir. Sizin Azərbaycan Respublikası Prezidentinin administrasiyasından Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olmuş müraciətinizə baxılır və nəticəsi barədə sizə məlumat veriləcəkdir.Biz başa düşə bilmirik biz Ekologiya və Təbii Sərvətlər nazirliyinin Meşə Deportamentindən Zaqatala meşə idarəsindən Rövşən Cəlilovdan yazmışıq.Onlar bizə nə məlumat verəcəklər. Artıq 3cü aydır nə Zaqatala meşə idarəsi nə meşə deportamenti nə də Ekologiya nazirliyi bizimlə əlaqəyə çıxmamışdır. Bizim məktubumuzu kim araşdırır necə araşdırır bilmirik. Artıq yaz fəsli yaxınlaşır. Şəlalə istirahət zonası kol kos dam təmizləmək lazımdır.2 hektar fındıq bağı kol kosun altında batıb gedir.Kivi bağı tam yararsız hala düşmüşdür. Dağıdılan Şəlalə istirahət zonasını əsaslı təmirə ehtiyac vardır. Şəlalə istirahət zonasında meşə deportamenti Zaqatala meşə idarəsi tərəfindən bizə vurulan ziyanı ne vaxt necə ödəyəcəklər. Bizimlə icarə müqaviləsi nə vaxt bağlayacaqlar. Biz bu doğma vətənimizdə necə yaşamalıyıq. Bəlkə özümüzü dünyada misli görülməmiş faciələrə ataq. 15 ildir bizə qarşı olan haqqsızlığın sonu yoxdur. Biz də insanıq.Nə vaxtsa səbrimiz tükənəcək. Balalarımız yetim qalacaq. Dünya iştimayəti bizim faciəmizə biganə qalmayacaq.

 

Hörmətli Prezident, bizim göydə Allaha yerdə ancaq sizə ümüdümüz var. Biz kiçik etnik xalqıq iş yerlərimizi itirmək istəmirik. Bizim də yaxşı yaşamaq arzumuz var. Artıq dərəcədə xahiş edirik, bizə qarşı törədilən cinayətləri araşdırmaq üçün dövlət komisiyasını göndərin. Bizim halal Şəlalə istirahət zonamızı bizə qaytarsınlar. Biz Şəlalə istirahət zonasına çox əziyyət çəkmişik. Bizim əlimizdə hüquqi sənədlər, dövlət tərəfindən verilən kupçamız var. 1ci İnstansiya Şəki Apilasiya Məhkəməsi Şəlalə İstirahət Zonasına baxış keçirərək iddeanı əsassız olduğunu bildirərək bizə qarşı olan qondarma iddeanı rədd etmişdir. Meşə Deportamentinin ağıllı huquqşünası Malik Rzayev Ali məhkəmədən rədd edilən iddianı yenidən baxılması üçün Şəki Apilasiya məhkəməsinə qaytarmışdır. Malik Rzayevin bu həkəti bizə qarşı olan qərəzçiliyə subut deyilmi. Ali məhkəmə nəyə əsaslanaraq rədd edilmiş iddeanı yenidən baxılması üçün Şəki Apilasiya Məhkəməsinə qaytarmışdır.Deməli Ali məhkəmədə Rövşən Cəlilovun havadarıdır. Şəki Apilasiya məhkəməsinin hakimi hansı ağılla kimin göstərişilə nə səbəbə görə hansı faktlara əsaslanaraq bizə qarşı qondarma qərar çıxartmışdır.Deməli kiminsə sərt sifarişi olub. Həmən hakim Azərbaycan dövlətinin qanunlarını oyuncaq hesab etmişdir.Şəki Apilasiya məhkəməsini özəlləşdirilmiş hesab etmişdir. İndi bizə vurulan ziyanı biz tələb edirik ödəsinlər. Bizə ziyanı şəxsi insanlar vurmayıblar. Bizə ziyanı rüşvətxor dövlət məmurları dövlətin onlara ehtibar etdiyi vəzifədən istifadə edib vurublar. Dövlətdən oğurluq edənlər hər daim yenedə oğurluq edəcəklər. Onların itirəcək heç nəyi yoxdur. Dövlət məmurunun vəzifəsindən suistifadə edərək vətəndaşa sahibkara vurulan ziyan dünyanın hər yerində bağışlanılmazdır.

 

Hörmətli Prezident, bizim 30 illik zəhmətimizi 1 nəfərin Rövşən Cəlilovun arzusuna çatmaq üçün,istədiyi rüşvəti almadığına görə hüquqlarımızın tapdalanmasına imkan verməyəcəyinizə inanırıq. Yenə artıq dərəcə də xahiş edirik. Bizim Şəlalə istirahət zonasını bizə qaytarılmasına və bizə vurulmuş ziyanın ödənilməsinə köməklik göstərin. Əgər yazdıqlarımız yalan və böhtandırsa, bizə ömürlük ceza verin, birdə belə məktub yazmayaq. Koolektivimiz səbirsizliklə cavab gözləyir.

 

Hörmətlə: Zaqatala rayonunda fəaliyyət göstərən Ləzzət MMC nin kollektivi".


 

 Müraciətlə bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300