Uluyol.info ənənəvi olaraq "Şəhidlərimizi hər gün anaq" layihəsindən bu gün -1 mart tarixində dünyaya göz açmış Neftçala şəhidləri Rəhimov İnqilab Həsən oğlu və Məhərəmov Akif Rəhman oğlu haqqında məlumat verəcik.

Birinci Qarabağ müharibəsində hər iki qəhrəmanımız könüllü Ordu sıralarına yazılmış və onlarla döyüşlərdə məharət göstərmişlər.

 

Məhərrəmov Akif Rəhman oğlu 1972-ci il 1 Mart tarixində Neftçala rayonu Qaçaqkənd kəndində doğulub.Kənddəki orta məktəbi bitirib.Məktəbi bitirdikdən sonra Altay vilayəti Barnaul vilayətində iki illik hərbi xidmət keçir.

Atası Rəhman kişinin dedikləri:
"Çox üzüyola uşaq idi.Həyət bacada səliqə sahmana fikir verərdi.Bir xasiyyəti var idi ki, İstəməzdi evdə kimsə əziyyət çəksin.Hamının işini öz boynuna çəkmişdi.Evcanlı idi.Müharibə başladığı zaman digər iki övladım ailəli idi.Akif ərizə yazıb könüllü ordu sıralarına yazıldı.Gedəndə də dedi ki,"Qardaşlarımın əvəzindən gedirəm, onlar evlidirlər, qoy qalsınlar ailələrinin yanında".Hərbinin sirrlərini iki illlik xidməti zamanı mənimsəmişdi.Elə Altay vilayətində xidməti zamanı komandirləri evə təşəkkür məktubları yollayırdılar".
Akif Məhərrəmov 1993-cü il avqust ayının 3-ü könüllü olaraq Ordu sıralarına qatılıb.1994-cü il yanvar ayının 4-ü Ağdam döyüşlərində qəhrəmancasına Həlak olub.Məzarı yoxdur.Şərqiyyə ana oğlunun həlak olması, amma məzarının yoxluğu çox ağrına gedir.:.

" Əgər əlimizlə kəfəni büküb dəfn etsəydik,Vallah məni yandırmazdı.Heç bilmirəm balam harda qaldı"...

Rəhimov İnqilab Həsən oğlu 1974-cu il Mart ayının 1-i Neftçala rayonu Qaraqaşlı kəndində doğulub.Qaraqaşlı orta məktəbinin 8-ci sinifini bitirib.Təhsilinin davamını Salyan rayonu 2 saylı orta məktəbdə davam etdirib.Məktəbi bitirdikdən sonra bir müddət Salyan rayonunda kiçik müəsssisədə çalışıb.
1992-ci il iyun ayının 7-də Könüllü olaraq cəbhəyə yola düşür.Ağdam batalyonunda iki il xidməti zamanı onlarla döyüşlərdə iştirak etmiş və bir dəfə Ağdərə istiqamətində mühasirədə olmuşdu.1994-cu il iyun ayının 5-də Ağdamın Çəmənli kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olub.Məzarı Neftçala rayonu Cəngən kəndindədir.
Niyaməddin Rəhimov qardaşı haqqında bunları deyir:
" Biz altı qardaş idik.Mübariz,İntiqam, Niyal, Xəyal və Mən. İndi qalmışıq 5 qardaş... Mübarizlə İnqilab cəbhəyə bir yollamışdı.Eyni hərbi hissədə olmuşdular.Hətta Ağdərədə mühasirəyə də düşmüşdülər.
Qardaşlarımın içində deyərdim ki, ən istiqanlısı elə, İntiqam idi. Lazım gəlincə bizim üçün canını da fəda edərdi. Elə ona görə də Mübarizi evə göndərmişdi.Dedi ki, "Ailədən biri vuruşmalıdır, mən də vuruşuram".İndi Mübariz deyir ki,"gərək ona qulaq asmazdım.qalardım yanında.Onda İnqilaba heç nə olmazdı".Ancaq Mübariz boş yerə özünü danlayır.İnqilabın taleyində şəhid olmaq yazılmışdı,ona görə də belə oldu.İnqilab Şəhilik zirvəsini fəth etdi".


Uluyol.info, Tural İNTİQAM

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300