Rayonlarda mənzillərə verilən qazın kəsilməsi hallarına tez-tez rast gəlinir. İnsafən deyək ki, qaz kəsilməmişdən bir gün öncə "Azəriqaz” İstehsalat Birliyi vətəndaşlara xəbərdarlıq edir, tədbir görmələri üçün məlumat verir. Bəlkə də şəhər yerlərində öncədən elan verməyin bir əhəmiyyəti var, ancaq kənd yerlərində vəziyyət bir qədər başqadır.
Demək olar ki, hər ayın müxtəlif günləri Neftçala rayonunun Qoltuq kəndinə verilən qaz təmir adı ilə əlaqədar kəsilir.Kənd sakinləri Nia.az-a bildiriblər ki, evlərində odun sobası olmadığı üçün qaz kəsiləndə çox əziyyət çəkirlər: "Şəhər yerlərində mənzillər çox da böyük olmur, ona görə də çox da soyumur. Ancaq kənd evləri qaz kəsiləndə buz kimi olur. Elektrik plitələri ilə kənd evlərini qızdırmaq çox çətindir. Qoca var, xəstə var – belə hallarda onların vəziyyətini təsəvvür edirsinizmi? Əlbəttə, qaz çox yaxşıdır, istifadə edirik, rahatlıqdır, amma fasilələrin tez-tez olması bizi çox narahat edir. Bilmirik neyləyək. Qaz kəsiləndə uşaqları soyuq alır. Elə adam var ki, bu fasilələrin əlindən təngə gəlib və gələn ildən yenidən odun sobasından istifadə edəcəklərini deyir. Olmazmı təmir işlərini yay boyu görəydilər, qışda əziyyət çəkməyəydik? Təmi olar 2 ayda bir dəfə, 3 ayda bir dəfə. Bu qədər fasilə olmaz axı.
"Qəza yaranıbsa və ya yaranma ehtimalı varsa, əlbəttə, bunlar aradan qaldırılmalıdır”
Qeyd edək ki, təmir işləri ilə əlaqədar qazın verilişlərində fasilə olur. Yay aylarında qaz xətlərində təmir aparılanda insanlar o qədər də narahat olmurlar, yaxud çox da diqqət çəkmir. Ancaq qışda insanlar əziyyət çəkirlər. Bəzən yağıntılı günlərdə belə mənzillərə qaz verilişində fasilələr olur. ”
Qaz sızmaları olan və ola biləcək borular niyə yayda yox, məhz qışda aşkar olunub?
Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı da sosial şəbəkədə tez-tez bu problemə toxunur və ittihamlar səsləndirir: "Qazla təminatda ölkə əhalisinə işkəncə verdiyinə görə sürəkli "alqışlara” məruz qalmalı şəxslər doğurdanmı yalnız Əkbər Hacıyev və Rövnəq Abdullayevdir? Əhalidə narazılıq yaratmaq üçün aparılan bu süni qaz siyasəti kimin ideyasıdır? Bunun arxasında hansı yüksək çinli məmur durur və marağı nədir”.
Mirvari xanım bu problemlərin araşdırılmasına ehtiyac duyulduğunu bildirir: ”
– Qaz təsərrüfatında qaz sızmaları olan və ola biləcək borular niyə yayda yox, məhz qışda aşkar olunub?
– Gün ərzində 4-10 saat əhalinin qazla təminatının saxlanılması və uzun müddət qaz borusuna hava vurulması, bunun qaz sərfi kimi sayğaclarda qeyd olunması və bu pulun əhalindən alınması, qaz itkilərini əhalinin hesabına bağlamaq məmur özbaşınalığıdır, yoxsa səriştəsizlik?
– Hər gün ölkənin müxtəlif ərazilərində qəza, təmirlə (yaxud təmir adı ilə) əlaqədar əhalinin qazla təminatının saxlanılmasını araşdıran olubmu? Bu realdırmı?”.

Sonda qonşum Ülviyyə nənənin sözü yadıma düşdü görüm Rövnəyin hamamda çiməndə isti suyu qurtarsın köpüklü qalıb allergiya versin.

Behruz Əliyev, nia.az

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300